Berlin divarı üzərində gecəqondu tikərək tarixin gedişini dəyişən TÜRK

Berlində yaşayan Yozqatlı Hacı Osmanın tarixin axarını dəyişə biləcək maraqlı hekayəsini bilirsinizmi? 1982-ci ildə Berlin divarının şərqində özünə gecəqondu tikdirərək Şərqi və Qərbi Almaniya arasında körpüyə çevrilən Osman Kalın ona qarşı çıxan bütün hökumətlərə qarşı çıxıb.
Sfera.az bildirir ki, Berlindəki bu gecəqondunun çox maraqlı bir hekayəsi var. Hər şey Yozgatda yaşayan Osman Kalının Berlinə köçməsi ilə başlayır.
Şərqi və Qərbi Berlinin sərhəddində yerləşən ev indi qraffiti ilə rənglənsə də, turistlərin məşhur məkanına çevrilsə də, öz dövründə çoxlu böyük mücadilələr verib.
Osman Kalın tərəfindən tikilən bu evin bağçasında 1961-1989-cu illər arasında Berlin divarı var idi.
Bəli, Berlin divarı!
BBC-nin məlumatına görə, evin tikildiyi yerdə Şərq və Qərb sərhədini düz bucaq altında keçən küçə olub. Lakin divarı tikənlər divarı əyri şəkildə davam etdirmək əvəzinə düz davam etdirməyə üstünlük vermişlər.
Ən araqlı tərəfi isə o idi ki, bu 350 kvadratmetrlik ərazi nə Qərbi, nə də Şərqi Almaniya tərəfindən müsadirə edilə bilməzdi. Zaman keçdikcə buradakı boş torpaq insanların zibillərini atdığı əraziyə çevrilmişdi. Ta ki Yozgatdan Osman Kalın bu bölgəyə gələnə qədər.
Osman Kalın Berlin divarının ortasındakı bu zibil sahəsini görərək əvvəlcə bağçaya, sonra isə evə çevirməyi bacarıb.
Ərik, alma, soğan və sarımsaq əkərək boş bir ərazini bağçaya çevirən Yozgatlı dayımız alman qüvvələrinin tez-tez suallarına məruz qalırdı.
Şərqi Almaniya Osman dayıya divardan uzaq durmaq şərti ilə ərazidən istifadə etməyə icazə verdi. Şərq ona icazə verdi, amma bu dəfə Qərb problemlər yaratmağa başladı.
Qərbi Almaniyanın davamlı olaraq problem yaratdığını görən Şərqi Almaniya Osman əmiyə öz torpaqlarından sərbəst istifadə etməyə icazə verdi. İş o yerə çatıb ki, Osman əmi hətta Şərq tərəfdəki əsgərlərə bağından soğan-sarımsaq da verib.
Qərbi Berlin Bələdiyyəsi nə qədər müdaxilə etsə də, Hacı Osmanın torpağı Şərqi Berlində qaldı. Əgər bələdiyyə çətinlik yaratsaydı, bu dəfə problem beynəlxalq müstəviyə çıxarılacaqdı.
Osman dayının evi yıxılmadan illər əvvəl Berlin divarının ortasında öz yerini qurmuşdu.
Osman Kalının oğlu və nəvəsi Funda Kalın isə babasından qalan mirası qoruyub saxlaya bilib.
Aysel
Sfera.az