Təyyarə burulğana düşdü: Bir nəfər həyatını itirdi

İngiltərənin paytaxtı Londondan Sinqapura uçan təyyarədə yaranan şiddətli turbulentlik (Burulğan deməkdir. Ən gözlənilməz hava hadisələrindən biridir. Daha çox fırtına zamanı yaranır) nəticəsində bir nəfər ölüb, çox sayda insan yaralanıb. Təyyarə Tailandın paytaxtı Banqkokda məcburi eniş etməli olub.
Sfera.az bildirir ki, Sinqapur Hava Yollarına məxsus “Boeing 777-300ER” tipli təyyarə Londondan Sinqapura havaya qalxıb.
211 sərnişin və 18 ekipaj üzvü olan təyyarə havada olarkən turbulentliyə düşüb və bir nəfər sərnişin ölüb.
Çoxlu sayda insan yaralanıb.
Sinqapur Nəqliyyat Naziri Chee Hong Tat, hökumətin sərnişinlərə və onların ailələrinə yardım edəcəyini bildirib.
Qeyd edək ki, təyyarələrin turbulentliyə girməsi və insan itkisi çox nadir rast gəlinən hadisədir.
Aviasiya eksperti Con Striklend məhz buna görə hava yolları şirkətlərinin uçuş boyu kəmərləri möhkəm saxlamağı tövsiyə etməsinin əbəs yerə olmadığını bildirib.
Aysel
Sfera.az