Yaxın günlərdə ət bahalaşacaq?

Yaxın günlərdə ət bahalaşacaq?

Bölgələrdə bir bağlama otun qiyməti iki dəfəyə yaxın ucuzlaşıb. Ancaq bu vəziyyət ət bazarında demək olar ki, hiss olunmur.

 

Sfera.az xəbər verir ki, Bərdə və Şəkidən olan fermerlər deyirlər ki, ötən ilin May ayında quru yonca otunun bağlamalarını minimum yeddi manat 50 qəpiyə almaq mümkün idisə, hazırda bu qiymətlər iki manat 50 qəpik, üç manat arasında dəyişir.

 

Biləsuvarlı fermerlər isə otun ucuz satıldığını deyirlər.

 

Nəzərə alsaq ki, heyvanların yem rasionunun əsasını quru otlar təşkil edir, deməli məhsul boldur və ucuzlaşmanın bu istiqamətə müsbət təsirini də düşünə bilərik.

 

Qəssablar isə bildiriblər ki, 14 manata mal, 19 manata isə quzu əti satırlar.

 

Körpə quzunun kiloqramı isə 20-21 manat təşkil edir.

 

İqdisadçı Xalid Kərimli deyir ki, ot və yemin mövsümü ucuzlaşması ətin qiymətinə çox təsir etmir. Ətin bahalaşmasının əsas səbəbi saxlanılan heyvan sayı ilə əlaqədardır. 2016-cı illə müqayisədə qoyun və keçi sayında 17 faiz azalma müşahidə olunub.

 

X.Kərimli onu da vurğulayıb ki, tələb təklifi üstələdiyinə görə, yaxın vaxtlarda ətin qiymətində ucuzlaşma gözlənilmir.

 

Daha ətraflı "Xəzər Xəbər"in süjetində:

 

 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...