Eminemin qızı evləndi - FOTOLAR

Eminemin qızı evləndi - FOTOLAR

Dünyaca məşhur reper Eminemin yeganə qızı 28 yaşlı Heyli Ceyd Skott sevgilisi Evan Makklintokla evlənib. 

 

Sfera.az bildirir ki, toy mərasimi cütlüyün yalnız yaxınları və dostlarının iştirakı ilə mediadan gizli şəraitdə baş tutub. Heyli toy şəkillərini İnstaqram hesabında paylaşmaqla, bu barədə məlumat verib. O, həyat yoldaşı ilə bir neçə romantik foto paylaşıb. Olduqca sadə baş tutan mərasimdə cütlük mükəmməl görünüb. 

 

"Ailələrimizə çox minnətdarıq, eləcə də bizə dəstək və ər-arvad olaraq həyatımızın bu yeni fəslinin bir hissəsi olmaq üçün gələn dostlara sonsuz təşəkkürlərimizi bildiririk” - deyə o, paylaşımının altına yazıb.


Təvazökar mərasim Miçiqan ştatının Greencrest malikanəsində baş tutub. Cütlüyü ailə üzvləri, qohumlar və yaxın dostları müşaiyət edib.


Heyli zərif saç düzümünü tamamlayan tül və şəffaf duvaqlı ağ gəlinlik geyinib.

 

Zərif smokin geyinmiş Eminem isə qızı ilə qızılgüllərlə əhatə olunmuş rəqs meydançasında rəqs edib.

 

Qeyd edək ki, Heyli və Evans 2016-cı ildən bəri sevgilidir. Cütlük 2023-cü ilin fevralında nişanlanıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR