Sumqayıtda ana üç uşağını və özünü zəhərlədi - YENİLƏNDİ

22:00
Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib.
Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib.
Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib.
Zəhərlənən uşaqlar, 2017-ci il təvəllüdlü Y.N.Süleymanov, 2007-ci il təvəllüdlü N.N.Süleymanova və 2016-ci il təvəllüdlü N.N.Süleymanov o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.
Ananın vəziyyəti qənaətbəxş olsa da, azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşadırma aparılır. (APA)
***
Sumqayıtda zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıb.
Ana və onun üç uşağının vəziyyəti qənaətbəxşdir.
Xatırladaq ki, şəhərin 12-ci mikrorayonunda yaşayan bir ailənin dörd üzvü dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.