“Polis üçün kolleclər yaradılmalı və orada iki illik tədris keçirilməlidir” - Qüdrət Həsənquliyev

“Polis üçün kolleclər yaradılmalı və orada iki illik tədris keçirilməlidir” - Qüdrət Həsənquliyev

“Mən ilk öncə Sahibə xanım sizi və nümayəndə heyətinin üzvlərini təbrik edirəm ki, bir neçə səfər həyata keçirmisiniz. Həm siz, həm Milli Məclisin deputatları bizim xarici siyasətin həyata keçirilməsində xüsusi rol oynayır. Bunu böyük minnətdarlıq hissi ilə qeyd edirəm".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. O daha sonra əlavə edib:

 

"Müzakirə olunan məsələ ilə bağlı isə demək istəyirəm ki, “İnsan alverinə qarşı mübarizə haqqında” qanunun 7.5-ci maddəsində qeyd olunur ki, “Milli Koordinator Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumat təqdim edir”. Bizim digər müvafiq dövlət orqanları da Milli Məclisə ya məlumat verirlər, ya Milli Məclis qarşısında çıxış edirlər”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatının müzakirəsi zamanı deyib. Millət vəkili “məsələn, konstitusiyanın 95-ci maddəsinin 20-ci bəndinə görə bələdiyyələr Milli Məclisdə hesabat verirlər. O zaman da mən söyləmişdim ki, bu sadəcə olaraq fiziki baxımdan mümkün deyil”,- deyə əlavə edib: “Bundan başqa bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi olur. Orada da qanunun 9-cu maddəsində qeyd olunur ki, müvafiq orqan Milli Məclisə illik məruzə təqdim edir. Diqqət yetirdiksə, bir qanunda “məlumat təqdim edir, digərində “məruzə təqdim edir” yazırıq. Ombudsman haqqında qanunun 14-cü maddəsində qeyd olunur ki, “Ombudsman Milli Məclis qarşısında məruzə ilə çıxış edir”, Hesablama Palatası ilə bağlı qeyd olunur ki, Hesablama Palatası Milli Məclisə illik hesabat təqdim edir. Yəni burada qeyd olunduğu kimi, yalnız hesabatlar Milli Məclisdə məruzə olunmalıdırlar. Bu da nəticə doğurmalıdır. Hesabat qeyri-qənaətbəxş hesab olunursa, həmin orqanın başında duran şəxs, yaxud Hesablama Palatasının auditorları düşünürəm ki, istefaya göndərilməlidirlər. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana bələdiyyələr hesabat verir və biz, qanunda yazmışıq ki, əgər onların hesdabatını inzibati nəzarəti həyata keçirən orqan qeyri-qənaətbəxş sayarsa, həmin bələdiyənin buraxılması ilə bağlı Milli Məclisə təqdimat verir. Amma digər hallarda bu nəzərdə tutulmur. Əvvəlcə qanunvericiliyin dili ilə bağlı qeyd edim ki, bütün qanunlarda bu eyni formada yazılmalıdır ki, məruzə ilə çıxış edir, yaxud məlumat verir, məlumat təqdim edir və.s. İkincisi, onu diqqətinizə çatdırmaq istəyirəm ki, “İnsan alverinə qarşı mübarizə haqqında” qanunda qeyd olunub ki, məlumat təqdim edir. Cəmiyyət üçün bundan da təhlükəli cinayətlər var. Məsələn korrupsiyaya, narkotiklərə, kibercinayətkarlığa qarşı mübarizə və.s. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun qəbul eləmişik. Amma orada qeyd eləməmişik ki, Milli Məclisə hesabat verir. Bir çox hallarda insan alveri də korrupsiya cinayətlərindən doğur. Bu cinayətlər cəmiyyətin əsasını dağıdır və digər cinayətlərə də yol açır. “Gender bərabərliyi haqqında” qanunda da var ki, Milli Məclisə məlumat təqdim edir. Ona görə də, hesab edirəm ki, bunların hamısı qanunlardan çıxarılmalıdır. Buna ehtiyac yoxdur. Sadəcə müvafiq nazirliklər uyğun komitələrdə işgüzar müzakirələr keçiməli və orada problemlər müzakirə olunmalıdır. Əgər ehtiyac olarsa müvafiq komitə hansısa məsələni plenar iclasa çıxara bilər”.

 

Millət vəkili polislə bağlı da fikirlərini bölüşüb: “Polislə bağlı onu qeyd etmək istəyirəm ki, Azərbaycanda polis sabitliyin qorunmasında müstəsna rol oynayır, cinayətkarlığa qarşı mübarizə aparı, onların əmək haqqı isə çox azdır, baxmayaraq ki, onlar öz razılıqlarını ifadə edirlər. Mən, hesab edirəm ki, bir çox problemlər ondan qaynaqlanır ki, bizdə polis nəfərlərinin təhsil səviyyəsi aşağıdır. Hərbidə olduğu kimi polis üçün də polis kollecləri yaradılmalı, orada iki illik tədris keçirilməlidir. Onlar orada fiziki hazırlıq keçməli, testlə ora qəbul olmalıdırlar ki, qavrama bacarıqları olsun. Misal üçün deyilə bilər ki, polis nəfəri işə götürüləndən sonra hazırlıq kurslarına göndərilir. Amma onun qavraması aşağıdırsa, onlar mənimsəyə bilməyəcəklər. Nə öz hüquq və vəzifələrini öyrənə bilməyəcək, nə də vətəndaşların. Ona görə də, hesab edirəm ki, müvafiq komitədə bu istiqamətdə dinləmə keçilsə yaxşı olar”.

 

Millət vəkili sonda məlumatı müsbət qiymətəndirdiyini bildirib.

 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...