iPhone 15-də böyük endirimlər: Apple qiymətlərini azaltmağa məcburdur

iPhone 15-də böyük endirimlər: Apple qiymətlərini azaltmağa məcburdur

Çindəki müxtəlif onlayn mağazalar iPhone 15 seriyasının bəzi modellərində qiymətləri aşağı salır.  

 

Sfera.az bildirir ki, “Apple”ın bu qərarına bu yaxınlarda yeni “Pura 70” seriyasını buraxa “Huawei”in səbəb olduğu göstərilir. “Huawei Pura 70” Çində “iPhone 15”in ciddi rəqibinə çevrilib.

 

Çində endirim müddəti 28 may 2024-cü ilə qədər davam edəcək. Hazırda onlayn pərakəndə satıcılar 1TB iPhone “15 Pro Max”a 2300 yuana (318 dollar) qədər endirimlər təklif edir, 128 GB “iPhone 15”ə endirim isə 1400 yuan və ya 193 dollardır. Bölgədə artan rəqabət ABŞ istehsalçısını bu ilin yanvar ayından qiymətləri aşağı salmağa məcbur etdiyinə görə, bu, “Apple”ın Çində iPhone smartfonlarına ilk endirimi deyil.

 

“Apple”ın 2024-cü ilin 2-ci rübü hesabatına görə, şirkət 90,75 milyard dollar qazanıb. Statista analitiklərinin hesablamalarına görə, təkcə Çin 16,37 milyard dollar gəlir əldə edib ki, bu da ümumi gəlirin 18%-ni təşkil edir. “Apple”ın uğuru bu bölgə ilə sıx bağlıdır və iPhone satışlarının azalması ilə tələbi canlandırmaq üçün endirimlər təklif etmək məntiqlidir.

 

2024-cü ildə “Huawei”in 10 milyon ədəd “Pura 70” tədarük edəcəyi gözlənilir. Çin nəhəngi öz ərazisində itirilmiş mövqelərini bərpa etməyi planlaşdırır. Şirkət həmçinin sıfırdan işlənib hazırlanmış xüsusi əməliyyat sistemi olan “HarmonyOS Next”i təqdim etməyi planlaşdırır. “Huawei” “Google” məhsullarından tamamilə imtina etmək niyyətindədir.


Analitiklərin fikrincə, “Huawei”nin ambisiyalarını nəzərə alaraq, “Apple” “iPhone 16” xəttini indiyə qədər ən yaxşı hala gətirməyə hazır olmalıdır, çünki iPhone 15-də endirimlər belə çətin ki, Çin bazarındakı mövqeyini qoruyub saxlasın.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Kapital Bank" əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak etdilər

"Kapital Bank" əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin iştirakı ilə həyata keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. ...

İtkin düşən 84 yaşlı kişinin meyiti tapıldı

Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub.   Sfera.az xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 y...

Bu 4 bürcə ŞAD XƏBƏR - Yeni mərhələ başlayır

30 aprel - 6 iyun tarixləri arasında bəzi bürclər həyatda yeni bir mərhələyə qədəm qoyacaq.   Sfera.az xəbər verir ki, astroloq Kateryna Solovio...

Azərbaycan-İran münasibətləri möhkəm təməl üzərində inkişaf edir

Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Hər iki xalq islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları birləş...

“20 Yanvar”da özünü qəsdən maşınların altına atır- VİDEO

Bakı şəhər Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır. &n...

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb.   Sfera.az birja məlumatlarına istinadən xəbər ...