"Bu, müharibədə birbaşa iştirak deməkdir" - Boris Pistorius

Siyasət
17:55 / 21.05.2024
6943
"Almaniya və digər Qərb ölkələri Ukrayna səmasında Rusiya raket və pilotsuz təyyarələrini vurmağı düşünmürlər".
Sfera.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
O qeyd edib ki, bu, müharibədə birbaşa iştirak demək olacaq.
Bir gün əvvəl Almaniya kansleri Olaf Şolts Qərbin hansı addımının Almaniyanı Ukrayna münaqişəsinə cəlb edəcəyini demişdi. Onun sözlərinə görə, Qərb ölkələri Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq etməməlidir. Almaniya lideri vurğulayıb ki, nə Aİ , nə də ABŞ hərbi əməliyyatların birbaşa iştirakçısına çevrilməlidir.
Əzizə