Ceyhun Bayramovla Əli Baqeri Kani arasında telefon danışığı OLDU

Ceyhun Bayramovla Əli Baqeri Kani arasında telefon danışığı OLDU

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri vəzifəsini icra edə Əli Baqeri Kani arasında telefon danışığı baş tutub.

 

Bu barədə Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Ceyhun Bayramov dəhşətli helikopter qəzası nəticəsində İran Prezidentinin, xarici işlər nazirinin və digər rəsmilərin həlak olmasına görə dərindən kədərləndiyimizi qeyd edərək mərhumların ailələrinə, dost və qardaş İran xalqına başsağlığı diləklərini çatdırıb.

 

Nazir mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə səmimi və peşəkar təmaslar qurulduğunu, baş vermiş görüşlərin iki ölkə arasında münasibətlərin inkişafına və fikir ayrılıqları olan məsələlərin həllinə kömək etdiyini vurğulayıb.

 

Telefon danışığı zamanı iki ölkə liderləri arasında sərhəddə baş vermiş görüşün tarixi əhəmiyyət daşıdığı, strateji layihələrin işə salınmasının, nəqliyyat, iqtisadiyyat, energetika sahəsində planların reallaşması üçün birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanın İrandakı səfirliyinin işinin bərpa olunması üçün tədbirlər görüldüyü diqqətə çatdırılıb.

 

Tərəflər Azərbaycan və İran prezidentləri arasında baş tutmuş görüş zamanı əldə edilmiş razılıqların icrasının hər iki ölkənin əlaqələrinin daha da dərinləşməsinə xidmət etdiyini bildiriblər.

 

İranının xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı üçün səfirliyə gəlməsinin, başsağlığı məktubu göndərməsinin, xarici işlər naziri və digər rəsmi şəxslər tərəfindən başsağlığı məktublarının göndərilməsinin yüksək hörmət əlaməti olduğunu bildirib, və buna görə dərin minnətdarlığını çatdırıb.

 

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...