Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ

Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ

İzmirdə yaşayan şanlıurfalılar yas mərasimlərində yemək vermək adətini ləğv ediblər. Buna səbəb son illərdə Türkiyədə güclü bahalaşmanın olmasıdır. 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı ortaq qərarı İzmir Şanlıurfa Federasiyası açıqlayıb. 


Federasiya prezidenti Ferit Mızraklı yasda verilən yeməyin mərhumun ailəsi üçün böyük xərc olduğunu, bu səbəbdən həmin adətin dayandırıldığını bildirib. 


Mızraklı yazılı açıqlamasında başsağlığına gələn qonaqlara verilən yeməyin dəfn sahiblərinə mənfi təsir göstərdiyini vurğulayıb:

 

“Dəfn sahibləri üçün ağrıları bölüşmək və yüngülləşdirmək daha önəmlidir. Yemək adəti dözülməz bir yükə çevrilib və bu, yaxınını itirən insanlar üçün böyük yükdür. Başsağlığı zamanı yemək vermək bizim ənənəmiz və mədəniyyətimizdir, bunu inkar edə bilmərik. Ancaq bu dövrdə yemək vermək ciddi maliyyə yükü yaradır”.


Vasif


OXŞAR XƏBƏRLƏR

Azərbaycan-İran münasibətləri möhkəm təməl üzərində inkişaf edir

Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Hər iki xalq islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları birləş...

“20 Yanvar”da özünü qəsdən maşınların altına atır- VİDEO

Bakı şəhər Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır. &n...

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb.   Sfera.az birja məlumatlarına istinadən xəbər ...

Kamaləddin Qafarov: “Azərbaycan-İran əməkdaşlığı regional sülhə böyük töhfə verir”

“İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana etdiyi rəsmi dövlət səfəri həm ölkələrimiz arasındakı əlaqələrin inkişa...

Avro ucuzlaşdı, bu valyuta isə bahalaşdı - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az xəbər verir ki, 2025-ci il aprelin 30-da ABŞ dollarının məzənnəsi ...

Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə yenə zəlzələ olub.   Sfera.az xəbər verir ki, Muğla şəhərində 3,7 bal gücündə zəlzələ olub, Kütahyada silkələnib.   Kandill...