İmtahana gedən vətəndaşlar belə adadılır - Ekspertdən ÇAĞIRIŞ
Son vaxtlar bir sıra dələduzlar müxtəlif adlar altında vətəndaşları, əsas da imtahan iştirakçılarını aldatmağa cəhd göstərirlər.
Sfera.az xəbər verir ki, bu barədə fikirləri təhsil eksperti Elçin Əfəndiyev bildirib.
“Belə ki, bu dələduzlar vətəndaşlara imtahan suallarını verəcəklərini, imtahan ballarına müdaxilə edərək artıracaqlarını və imtahana buraxılış vərəqində istədiyi yerdə əyləşə bilməsi üçün sıra və yeri dəyişə biləcəyi kimi vədlər verərək öncədən pul tələb edirlər. Təəssüf ki, bəzi sadəlövh vətəndaşlar bu kimi fikirlərə inanaraq aldanırlar və bunu başa düşəndə onlar üçün gec olur”.
Ekspert qeyd edib ki, Dövlət İmtahan Mərkəzi xüsusi dövlət mühafizəsindədir.
“Ən ciddi qorunan obyektlədən biridir. Kibertəhlükəsizlik yüksək səviyyədədir. Hər hansı kənar müdaxilə mümkün deyil. Ona görə də vətəndaşlar diqqətli olmalıdırlar. Dələduzlardan uzaq durmağa çağırıram”.
Ülkər Abdurahmanlı