Aİ Şurası qaz bazarı ilə bağlı islahatları TƏSDİQLƏDİ

Aİ Şurası qaz bazarı ilə bağlı islahatları TƏSDİQLƏDİ

Avropa İttifaqı (Aİ) Şurası 2026-cı ildən Rusiya və Belarusdan təbii qazın, o cümlədən mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün dayandırılmasına imkan verəcək qaz bazarı islahatlarını təsdiqləyib.

 

Bu barədə Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir.

 

Bu gün təsdiq edilmiş “Bərpa olunan qaz, təbii qaz və hidrogen üçün daxili bazarlar haqqında” qətnamə və direktivdə həmçinin qeyd edilir ki, göstərilən tarixdən sonra Avropa Komissiyası Rusiya və Belarusdan təbii qaz, eləcə də orada olan güclərdən LNG tədarükünü birillik müddətə müvəqqəti dayandırmaq imkanlarına malik olmalıdır, birillik sınaq dövründə addımın özünü doğrultması halında isə qadağanın müddəti uzadıla bilər.

 

Bu cür qadağalar Aİ və ya üzv dövlətlərin təhlükəsizliklə bağlı əsas maraqlarının və ya təchizat təhlükəsizliyinin qorunması ilə əsaslandırıla bilər.

 

Sənəddə həmçinin qeyd olunur ki, məhdudiyyətlər Aİ bazarına və ayrı-ayrı üzv dövlətlərə qaz tədarükünün təhlükəsizliyini pozmamalı, enerji həmrəyliyi prinsiplərinə hörmətlə yanaşmamalı və üçüncü dövlətlər qarşısında öhdəlikləri pozmamalıdır.

 

Aİ-nin qaz bazarı üzrə təsdiqlənmiş tənzimləməsi və direktivi indi imzalanacaq və qurumun rəsmi jurnalında dərc olunacaq. Qərar dərc edildiyi gündən altı ay sonra qüvvəyə minir. Direktivə gəlincə, üzv dövlətlərə öz milli qanunvericiliyini onun müddəalarına uyğunlaşdırmaq üçün iki il vaxt veriləcək.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...