Bəşər Əsədin həyat yoldaşına leykoz diaqnozu QOYULDU

Suriya prezident administrasiyası dövlət başçısının həyat yoldaşında leykoz aşkarlandığını açıqlayıb.
Sfera.az xəbər verir ki, Bəşər Əsədin həyat yoldaşına diaqnoz spesifik simptomların görünməsindən və bir sıra müayinələrdən sonra qoyulub.
Müalicə müddətində Əsma Əsəd ictimai tədbirlərdə iştirakını dayandıracaq.
Xatırladaq ki, 2018-ci ilin avqustunda həkimlər Suriyanın birinci xanımının döşündə erkən mərhələdə bədxassəli şiş aşkarlayıblar. 2019-cu ilin əvvəlində Əsma Əsəd əməliyyat olunub və həmin ilin avqustunda həkimlər onun sağaldığını bildiriblər.
Əsma Əsəd britaniyalıdır. O, London Kral Kollecini bitirib və "Deutsche Bank"da və "JP Morgan"ın investisiya bölməsində iqtisadi analitik kimi işləyib. O, evləndikdən sonra Suriyaya köçüb və dəfələrlə hərbi qarşıdurmalara və Qərbin təzyiqlərinə baxmayaraq, bu ölkəni tərk etməyəcəyini bildirib.
Əzizə