Emmanuel Makron Yeni Kaledoniyaya SƏFƏR EDƏCƏK

Dünya
14:50 / 21.05.2024
16903
Fransa Prezidenti Emmanuel Makron gün ərzində mayın 13-dən kütləvi etirazların keçirildiyi Yeni Kaledoniyaya səfər edəcək.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Priska Teveno məlumat verib.
“Nazirlər Şurasının iclası zamanı prezident bu axşam Yeni Kaledoniyaya səfər edəcəyini bildirib”, - o, Nazirlər Şurasının iclasından sonra keçirilən brifinqdə deyib.
Daha əvvəl məlumat verilmişdi ki, E.Makronun sədrlik etdiyi Fransa Müdafiə Şurası etirazlar fonunda Yeni Kaledoniyaya əlavə hərbi qüvvə göndərmək qərarına gəlib.