Rusiya və Özbəkistan prezidentləri Putinin Daşkəndə gözlənilən səfərini MÜZAKİRƏ ETDİLƏR

Dünya
14:42 / 21.05.2024
16737
Rusiya və Özbəkistan prezidentləri Vladimir Putin və Şavkat Mirziyoyev telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin, o cümlədən ticari-iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsini müzakirə ediblər.
Sfera.az Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
V.Putinin Özbəkistanın paytaxtına gözlənilən dövlət səfəri də müzakirə olunub.