Tayvan ətrafında GƏRGİNLİK ARTIR: "Çin liderinin əsas hədəfi..." - AÇIQLAMA

Tayvan ətrafında GƏRGİNLİK ARTIR:

Bu ilin başlanğıcında Tayvanın prezidenti seçilən Lai Çinq-Tenin andiçmə mərasimi Pekində narazılıqla qarşılanıb.

 

Sfera.az bildirir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, adanın hazırkı prezidenti və onun lideri olduğu partiya müstəqilliyin tərəfdarıdır:

 

“Lai Çinq-Te Pekinlə dialoq tərəfdarı olsa da, Çin hakimiyyəti onunla müzakirəni hələ məqbul saymır. Pekin hesab edir ki, Tayvanın prezidenti adada Çinlə yaxınlaşmaq istəyən vətəndaşlara və siyasi partiyalara təzyiq edir. Bu gərginlik Çinlə Tayvanın sülh yolu ilə birləşməsi imkanlarını azaldır. Tayvanda müxalif partiyaların nümayəndələri prezidentə Pekinlə münasibətlərdə gərginlik yaratmamağı tövsiyə ediblər. Mövcud vəziyyətə Çin-ABŞ münasibətləri də təsir edir. Pekin Tayvanda separatçı fəaliyyətləri məhdudlaşdırmağa çalışarkən, Vaşinqton əksinə ada rəhbərliyinə dəstəyini davam etdirir. Ağ Ev administrasiyası eyni zamanda Ukrayna və Qəzzada müharibə davam edərkən Asiya və Sakit Okean bölgəsində yeni münaqişədə maraqlı deyil”.

 

Bildirilib ki, Vaşinqton Tayvanla Çin arasında qarşıdurma istəmir:

 

“Eyni zamanda, Pekinin adaya qarşı hərbi təzyiqini artırmasının əleyhinədir. Buna görə də Pentaqon Tayvanı silahlandırmaqda davam edir. Bu isə öz növbəsində Çinlə ABŞ arasında münasibətləri gərginləşdirir. “The New York Times” qəzetində yayımlanan məqalədə bildirilib ki, Tayvan prezidenti Vaşinqtona Pekinlə qarşıdurmaya getməyəcəyini vəd verib. Ancaq buna riayət etmək çətindir. Çünki Tayvan prezidenti adanın Çinə birləşməsinin əleyhinədir. Tayvan prezidenti Pekinlə dialoqun əvəzinə ABŞ-nin adaya hərbi dəstəyinin artırmasını istəyir. Bu arada, Çin lideri Si Cinpin hədəfə çatmağı arzulayır. O, hakimiyyətdə olduğu dövrdə Tayvanı Çinə birləşdirməyə çalışacaq və bunu çıxışlarında da bildirib. ABŞ-də noyabr ayında prezident seçkisi keçiriləcək. Noyabra qədər ABŞ-də siyasi hərarət və rəqabət artacaq. Pekin bu vəziyyətdən istifadə edərək Tayvana təzyiqi artıracaq.

 

“Al Jazeera” televiziya kanalının xəbərinə görə, Çin hərbi gəmilərinin Tayvan ətrafında sayı artıb. Çin bununla Tayvan limanlarına yaxınlaşan ticarət gəmilərini nəzarətə götürmək imkanı qazanır”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

"Kapital Bank" əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak etdilər

"Kapital Bank" əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin iştirakı ilə həyata keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. ...

İtkin düşən 84 yaşlı kişinin meyiti tapıldı

Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub.   Sfera.az xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 y...

Bu 4 bürcə ŞAD XƏBƏR - Yeni mərhələ başlayır

30 aprel - 6 iyun tarixləri arasında bəzi bürclər həyatda yeni bir mərhələyə qədəm qoyacaq.   Sfera.az xəbər verir ki, astroloq Kateryna Solovio...

Azərbaycan-İran münasibətləri möhkəm təməl üzərində inkişaf edir

Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Hər iki xalq islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları birləş...

“20 Yanvar”da özünü qəsdən maşınların altına atır- VİDEO

Bakı şəhər Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır. &n...

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb.   Sfera.az birja məlumatlarına istinadən xəbər ...