Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyevlə vida mərasimi KEÇİRİLİR

Siyasət
13:12 / 21.05.2024
4481
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 30 il sonra meyit qalıqları tapılmış İmaməliyev Arif Ələkbər oğlu ilə vida mərasimi keçirilir.
Sfera.az xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, A.İmaməliyev 1960-cı ildə Bakı şəhərində anadan olub, 1994-cü il fevralın 15-də tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşüb.