Bu ölkələr Rəisiyə görə matəm ELAN ETDİ - SİYAHI

Bu ölkələr Rəisiyə görə matəm ELAN ETDİ - SİYAHI

İran mətbuatı Rəisiyə görə matəm elan edən ölkələrlə bağlı paylaşım edib.

 

Sfera.az bildirir ki, İranın mərhum Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə əlaqədar yeddi ölkədə matəm elan olunub.

 

“İranda beş, Suriya və Livanda üç, Tacikistanda iki, İraq, Türkiyə, Hindistan və Pakistanda bir günlük matəm elan olunub”, - mətbuat qeyd edib.

 

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. Ümumilikdə təyyarədə rəsmi 8 sərnişin olduğu (qeyri-rəsmi mənbələrə görə, 9 sərnişin) bildirilib.

 

Helikopter Uzi və Pir kəndləri arasında, Dizmar meşəsində qəzaya uğrayıb. Dizmar meşəsi dəniz səviyyəsindən 2000-2700 metr yüksəkdə yerləşir. Qəza da Dizmar meşəsinin 2200 metrə qədər olan hissəsində baş verib.

 

Bundan öncə sözügedən helikopterin 1979-cu il (ABŞ rəsmisi də helikopterin 45 il istismarda olduğunu bildirmişdi – red.) istehsalı olduğu vurğulanırdı.

 

Günay


OXŞAR XƏBƏRLƏR