Ərəb şeyxi ilə evlənən gimnastdan mediaya müraciət

Ərəb şeyxi ilə evlənən gimnastdan mediaya müraciət

Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktuma ərə getməsi ilə bağlı xəbərin yayılmasından sonra media nümayəndələrinə müraciət edib.
 
Sfera.az-ın məlumatına görə, Zeynəb Cavadlının şəxsi feysbuk səhifəsindən yayımladığı müraciətində deyilir:
 
"Əziz dostlar,  hörmətli media nümayəndələri,
Biz sizinlə uzun zaman əməkdaşlıq etmişik.
Bu illər ərzində mən hər zaman sizlərə böyük hörmət bəsləmişəm və ümidvaram ki, siz də mənə qarşılıqlı cavab verəcəksiniz.
 
Sizdən xahiş edirəm ki, mənim icazəm  olmadan ailəm  barədə bir daha mediada heç bir məlumat paylaşmayasınız.
 
Mənim ailəm – mənim şəxsi həyatımdır.
 
Bu mövzuda mediaya heç  bir açıqlama  vermək istəməzdim. Xahiş edirəm, mənim istəyimi nəzərə alaraq mətbuat etik qaydalarına riayət edəsiniz.
 
Təşəkkür edirəm”.
 
Qeyd edək ki, Zeynəb Cavadlının bu evlilikdən Sana bint Saeed Maktoum Al Maktoum adlı bir qız övladı da var. 


OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...