Masallıda qətldə şübhəli bilinən şəxs saxlanıldı

Cəmiyyət
22:11 / 20.05.2024
8322
Mayın 20-də saat 20 radələrində Masallı rayonunun Şıxlar kəndi ərazisində rayonun Qasımlı kənd sakini, 1971-ci il təvəllüdlü Seymur Alışanovun ov silahı və kəsici alətlə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən həmkəndlisi, 1994-cü il təvəllüdlü Aslan Ağazadə saxlanılıb.
Hadisə şəxsi münaqişə zəminində baş verib. Araşdırma aparılır.