Peskov Rəisinin ölüm xəbərindən DANIŞDI: "Putin dərhal..."

Peskov Rəisinin ölüm xəbərindən DANIŞDI:

Kremlin sözçüsü Dmitri Peskov İran Prezidenti İbrahim Rəisinin ölüm xəbərindən danışıb.

 

Sfera.az bildirir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırıb. Peskov qeyd edib ki, helikopterin qəza xəbəri məlum olanda Rusiya lideri Vladimir Putin sürətlə idarə rəhbərlərini başına toplayıb və qısa müddətdə 60 nəfərlik xilasetmə qrupu təşkil edilib.

 

“Axşam saatlarında Tehrandan həyəcanlı məlumat daxil olanda Putin İranın Moskvadakı səfirini və müdafiə naziri, Fövqəladə Hallar Nazirliyinin rəhbəri və prezidentin müşaviri İqor Levitini dəvət edib. Müzakirələr olub, prezident idarə rəislərinə operativ tapşırıqlar verib və ən qısa müddətdə 60 nəfərlik qrupa hazırlıq görülüb”, - Kremlin sözçüsü bildirib.

 

O qeyd edib ki, Rəisinin axtarışı üçün alpinistlər, iki təyyarə və bir helikopter hazırlanıb:

 

“Bundan əlavə, Müdafiə Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi arasında sıx qarşılıqlı fəaliyyət təşkil edilib”.

 

Günay

 

 


OXŞAR XƏBƏRLƏR

Bayat çörəyi torpağa basdırın - SƏBƏBİ

Çörək evlərdə ən çox israf edilən qidalardandır. Xüsusilə bayat çörək tez-tez atılır. Onu atmaq əvəzinə torpağa basdırmaqla gözəl təbii gübrəyə çevirə bilərsini...

Ürək xəstələrinin diqqətinə: Sabah təhlükəli ola bilər

Həftə sonu günəş aktivliyinin artması gözlənilir.   Sfera.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz...

Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.   Sfera.az xəbər verir ki, Audioviziual Şuradan Trend-in sorğ...

Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə radioaktiv maddələrin mövcudluğu ilə bağlı aparılan araşdırmalara İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) cəlb olunub. ...

Türkiyədə PKK terrorçusu 31 ildən sonra azadlığa buraxıldı

Türkiyədə PKK terror təşkilatının üzvü Veysi Aktaş İmralı həbsxanasından azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə ANKA agentliyinə is...

Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu REGİONLAR

Ölkə üzrə ən yüksək kredit faizlərinin olduğu bölgələr məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında bildirilib. &nb...