WhatsApp-dan qəfil ŞOK QƏRAR: Fəaliyyətini dayandırır

WhatsApp-dan qəfil ŞOK QƏRAR: Fəaliyyətini dayandırır
Populyar "WhatsApp" messencerinin tərtibatçıları bu ilin sonunadək servisin köhnə qurğuları dəstəkləməsini dayandıracağını bir daha xatırladıblar. Bu barədə ilk dəfə ilin əvvəlində elan edilsə də, bəzi istifadəçilərin bundan xəbərsiz ola bilməsi ehtimal edilir.

Ictnews  bildirir ki, 2017-ci ildən etibarən "Android 2.1" və "Android 2.2", "Windows Phone 7.1" və "iOS 6" (və ya iPhone 3GS) əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğu sahibləri servisdən yararlana bilməyəcəklər. Əvvəlcə bu siyahıda "Nokia S40", "Nokia Symbian S60", "BlackBerry 10" və "BlackBerry OS" sistemləri olsa da, şirkət sonradan onların dəstəklənməsini 30 iyun 2017-ci ilədək uzatmaqla bağlı qərar qəbul edib.

Məlumata görə, köhnə qurğuların dəstəklənməsinin dayandırılması onların tərtibatçıların messencerə əlavə etdikləri yeni funksiyalarla uyğun gəlməməsi ilə əlaqədardır.

Qeyd edək ki, son vaxtlar xidmətdə bir çox yeniliklər, o cümlədən ikifaktorlu autentifikasiya sistemi, videozənglərin dəstəklənməsi, fotoşəkillər üçün stikerlər, statuslar, çatlar üzrə axtarış, qruplara istinadlar və s. istifadəyə verilib.

OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...