Cinayət törədən 94 nəfər SAXLANILDI

Kriminal
10:40 / 20.05.2024
7972
18-19 may tarixlərində ölkə ərazisində qeydə alınan 95, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
“Narkotiklərlə əlaqəli 60, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb”, - qurum əlavə edib.
Günay