Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Bu gündən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır.

 

Sfera.azxəbər verir ki, lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək. Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində "Sorğu yerləşdir" bölməsinə daxil olaraq "Mərkəzi imtahanla qəbul" düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.

 

Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri-standart suallar təqdim ediləcək. Ərizə qəbulu mayın 20-dən iyunun 13-dək davam edəcək.

 

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı 7 və 8-ci siniflər üzrə iyunun 21-i, 6-cı siniflər üzrə iyunun 22-si, 5-ci siniflər üzrə iyunun 23-ü həyata keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Məşhur aktrisa evlənir - FOTO

Türkiyəli məşhur aktrisa Ezgi Şenler şəxsi həyatı ilə bağlı xoş xəbəri pərəstişkarları ilə paylaşıb.   Sfera.az Türkiyə mətbuatına istinadən xəb...

Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ÖLDÜ

Sumqayıt şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, hadisə dekabrın 20-də şəhərin Heydər Əliyev prospketində q...

ÜDM-də qeyri neft-qaz sektorunun payı rekord həddə çatdı - MÜQAYİSƏ

2024-cü ildə Azərbaycanın ümumi daxili məhsul (ÜDM) istehsalında qeyri neft-qaz sektorunun payı son 4 ilin rekordunu təşkil edəcək.   Sfera.az xəbər...

Dərslərin başlanacağı tarix AÇIQLANDI

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar təhsil müəssisələrində bayramdan sonra ilk dərs günü məlum olub.   Sfera.az...

Ötən həftə 770 hektar ərazi minalardan təmizləndi

Azad olunan ərazilərdə dekabrın 16-22-dək 26 tank əleyhinə mina, 104 piyada əleyhinə mina, 304 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. ...

Qəpiklərin maya dəyəri ilə nominal dəyəri arasındakı fərq nə qədərdir? - RƏQƏMLƏR

Ölkəmizdə 20 və 50 qəpiklikdən başqa, bütün qəpikliklərin maya dəyəri onun nominal dəyərindən yüksəkdir.   Sfera.az bildirir ki, bunu statistik məlum...