Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb

Hadisə
16:27 / 19.05.2024
6561
Tovuzda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü Gülşən Əmrahova dəm qazından boğularaq ölüb.
Mərhumun oğlu 2004-cü il təvəllüdlü Əmrahov Əmrah və onun həyat yoldaşı 2004-cü il təvəllüdlü Aysun Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.//Apa