Əbdül Xalid ailəsi ilə ağır qəzaya düşüb

Əbdül Xalid ailəsi ilə ağır qəzaya düşüb

Müğənni Əbdül Xalid yenidən avtomobil qəzasına düşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə ifaçı "Xəbərin var?" verilişində danışıb. O, hadisə zamanı ailəsi ilə birlikdə taksidə olduğunu bildirib:

 

"Bu yaxınlarda həyat yoldaşım və uşaqlarımla birlikdə taksidə gedirdik. Bir maşın bizim avtomobilimizə necə dəydisə, onu aşırdı. Hamımız içində idik. Hadisə 1 həftə əvvəl olub. Bizi oradan insanlar çıxardı. Sürücünün vəziyyəti ağır idi, çox xəsarət almışdı. Şok bir vəziyyət idi. Onu təcili yardımla apardılar. Xəstəxanadan mənə də zəng edib maraqlanmışdı. Günah qarşı tərəfdə idi. Avtomobilin ön paneli sinəmin qabağına qədər çatmışdı. Yoldaşımın da qolu bir az zədələnmişdi. Şükür olsun ki, uşaqlara heç nə olmadı. Onlar çox qorxmuşdular.

 

İnsanlara təşəkkür edirəm. Maşınlardan, avtobuslardan düşüb bizə yardım etdilər".

 

Qeyd edək ki, müğənni ötən ay da avtomobil qəzasına düşmüşdü. Hadisə zamanı onun avtomobili yararsız hala düşmüşdü.

 

(Axşam.az)


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...