Xızıda sürüşmə əhaliyə təhlükə yaratdı – VİDEO

Xızıda sürüşmə əhaliyə təhlükə yaratdı – VİDEO

 

Xızıda baş verən sürüşmə yaşayış evlərinin hasarına ziyan vurub.

Sfera.az ARB Şimal-a istinadən xəbər verir ki, Xızıdan Altıağac qəsəbəsinə gedən avtomobil yolunda baş verən topraq sürüşməsi yaşayış evlərinə də ziyan vurub.

Altığacda 2-3 evin hasarı təbiət hadisəsi nəticəsində dağılıb. Həmin evlərdə yaşayış olmasa da, sakinlər təbii prosesin davam etdiyini bildirirlər.

Hava şəraitinin qeyri-sabit, yağışlı keçməsi torpaq sürüşməsini aktiv fazada saxlayan əsas amillərdəndir. Sakinlər bildirirlər ki, bundan əvvəl də qəsəbədə sürüşmə hadisəsi qeydə alınıb. Hətta 1970-ci illərdə Altıağacda baş verən torpaq sürüşməsinin miqyası o qədər geniş olub ki, sakinlərin köçürülməsi üçün qeydiyyat aparılıb.

Xızı-Altıağac avtomobil yolunda torpaq sürüşməsi noyabrın 22-dən başlayıb. Sürüşmə 11 yaşayış məntəqəsini birləşdirən ümumi uzunluğu 19,8 kilometr olan yola ciddi ziyan vurub. Mütəxəssislər sürüşmə zonasında torpaq qatının əsasən doymuş süxurlardan ibarət olduğunu bildiriblər. Son dövrlər yağıntıların normadan artıq olması təbii prosesin baş verməsini sürətləndirib. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yoxdur.



OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...