2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Sarıcallı kəndində 2040-cı ilədək 4 740 nəfər əhali üçün 1185 fərdi evin və bir neçə mərtəbəli bloklu binaların layihələndirilməsi nəzərdə tutulur.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə bu gün Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlinin qoyulması mərasimində məlumat verilib.

 

Qeyd olunub ki, Baş planda kəndin ümumi sahəsi 330 hektar təşkil edir.

 

Burada inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, yanğınsöndürmə deposu, aqrotexniki park, mərasim evi, kənd bazarı, kiçik sahibkarlıq obyektləri tikiləcək. Bundan başqa, əhalinin tələbatına uyğun iki tam orta məktəb və 4 uşaq bağçasının layihələndirilməsi də nəzərdə tutulur. Ümumiyyətlə, bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq.

 

2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 104 hektardır. Bu mərhələdə kəndə 1 016 sakinin köçürülməsi üçün 242 fərdi ev inşa olunacaq.


OXŞAR XƏBƏRLƏR

Tramp PAYLAŞIM ETDİ: “İranın bütün nüvə obyektləri məhv edilib”

“ABŞ qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İranın yer altında yerləşən nüvə obyektlərinə maksimum zərər vurulub”.   ...

Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.   ...

Hazır qəhvədə gizli təhlükə: KORLUQ YARADA BİLƏR

Hubey Universitetinin (Çin) alimləri müəyyən ediblər ki, hazır qəhvənin müntəzəm istehlakı qocalıqda görmə qabiliyyətinin pisləşməsi riskinin artması ilə əlaqəl...

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ - VİDEO

Son vaxtlar onlayn alış-veriş zamanı dələduzluq halları artmaqdadır. Xüsusilə geyim almaq istəyən alıcılar tez-tez aldadıldıqlarını bildirirlər.   Sf...

Dövlət Departamentindən amerikalılara çağırış: "Ayıq olun..."

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını Yaxın Şərqdəki vəziyyət fonunda dünyada artan anti-Amerika əhval-ruhiyyəsi fonunda ayıq-sayıq olmağa çağırıb. &nb...

İrandakı hadisələr Azərbaycanda turizmə təsir edəcəkmi? - VİDEO

İran-İsrail münaqişəsinin iqtisadi fəsadları ən çox turizm sahəsində hiss olunur.   Sfera.az ATV-yə istinadən xəbər verir ki, hər iki ölkəyə uçuşlar ...