DİM sədrindən abituriyentlərə MÜHÜM MÜRACİƏT
“İnsanlar istəyir ki, sıfır balla attestat alanlar da ali məktəbə qəbul olunsun”.
Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
“Buraxılış imtahanından sıfır bal toplayanlar da attestat alır. Amma bu balla universitetə qəbul olmaq mümkün deyil. Qaydalar elə dəyişməlidir ki, attestat alınmasının da müəyyən şərtləri olsun. Ancaq hələ ki belə deyil, ola bilsin ki, model dəyişsin. Bəzən buraxılış imtahanları ilə bağlı Rusiyanı misal çəkirlər. Orada buraxılış imtahanları 6 fənn üzrə hər biri ayrı günlərdə keçirilir. Bizdə isə bu proses 3-3 olmaqla ikimərhələli təşkil olunur. Biz ikinci mərhələnin də adını dəyişib buraxılış imatahanı qoya bilərik. Burada mahiyyət yenə də eynidir, lakin hüquqi cəhətdən müəyyən qaydalar dəyişməlidir. Biz Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edirik, bu məsələləri də müzakirə edirik. Bəzi xidmətlər var ki, bunları edə bilərik, amma vətəndaşlar buna hazırdırmı?”,- DİM sədri bildirib.
M.Abbaszadə həmçinin abituriyentlərə də müraciət edib:
"İxtisas seçimini, elektron qeydiyyatı kiməsə həvalə etmək doğru deyil. Deməli, həmin şəxslər öz güclərinə inanmırlar. Onlar özləri bu prosesdə iştirak etməlidirlər. Təssüf ki, hələ də bu hallar var".
Firuzə Əliyeva