"Bu məsələlər keçid ballarına təsir edəcək" - DİM sədrindən MÜHÜM AÇIQLAMA 

Bu il abituriyentlərin nəticələrinin yüksək olması və açılan iki yeni universitetə qəbul keçid ballarına təsir edəcək. 

 

Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.


 
DİM sədri bildirib ki, keçid balları abituriyentlərin nəticələri əsasında hər bir ali məktəbə həmin ixtisas üzrə verilən yerlərin sayı və həmin ixtisası seçənlərin sayına görə formalaşır:

 

“Məsələn, bizdə kənd təsərrüfatı üzrə kifayət qədər ixtisaslar var ki, orada yerlər həmişə var, amma o ixtisasları seçənlər azdır. Ona görə də o ixtisaslarda keçid balları da aşağıdır. Ola bilər ki, müəyyən ixtisaslarda orta bal 1-2 bal artsın. Bal artımı yəqin ki, yüksək prestijli ixtisaslara daha az təsir edəcək. Bunu daha dəqiq ikinci blok imtahanının nəticələrini biləndən sonra deyə biləcəyik”.

 

Qeyd edək ki, yeni tədris ilində iki yeni ali təhsil müəssisəsi - Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq.

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR