Rəşad Dağlının qızının səhhətində problem yarandı, təcili əməliyyata götürüldü - FOTO
Cəmiyyət
11:35 / 18.05.2024
5866
Həbsdə olan meyxanaçı Rəşad Dağlının qızı Betülün səhhətində problem yaranıb.
Sfera.az Olay.az-a istinadən xəbər verir ki, bu barədə meyxana ustadının yaxınları məlumat yayıb.
Görüntülərdən məlum olub ki, azyaşlının qolunda yaranan problem əməliyyatla aradan qaldırılıb.
Həmçinin onun hazırda səhhətinin yaxşı olduğu qeyd edilib.