Avropa İttifaqı bu KİV-lərə qəti qadağa qoydu

Avropa İttifaqı bu KİV-lərə qəti qadağa qoydu

Avropa İttifaqı Şurası üç Rusiya KİV-inin: “RİA Novosti”, “İzvestiya” və “Rossiyskaya qazeta”nın, eləcə də Çexiyanın “Avropanın səsi” portalının icmasında yayımı qadağan etmək qərarına gəlib.


Sfera.az xəbər verir ki, Aİ Şurasının öz saytında dərc etdiyi bəyanata görə, bu media orqanları “Rusiyanın Ukraynaya qarşı təbliğatını və təcavüzünü yayır və dəstəkləyir”.
 

Eyni zamanda, sənəddə qeyd olunur ki, siyahıda olan KİV-lərin yayımına qoyulan qadağa onların Aİ-də çalışan işçilərinin yayımla bağlı olmayan fəaliyyətlə məşğul olmasına mane olmayacaq.
 

Aİ Şurasının qərarı Avropa Komissiyası tərəfindən müsbət qarşılanıb. Onun bəyanatında deyilir ki, qadağa Rusiyanın Ukraynada xüsusi əməliyyatı başa çatana qədər qüvvədə qalacaq.
 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova artıq bəyan edib ki, Rusiya Aİ-nin növbəti qeyri-dost addımına cavab verəcək, konkret tədbirlər hazırlanır.

İnci
 


OXŞAR XƏBƏRLƏR

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...