13 ölkə İsrael Katsa məktub göndərdi

13 ölkə İsrael Katsa məktub göndərdi

13 ölkə İsrailin xarici işlər naziri İsrael Katsa məktub göndərib.


Sfera.az xəbər verir ki, məktubda Avstraliya, Almaniya, Fransa, Böyük Britaniya, Kanada, Yaponiya və bəzi digər dövlətlərin xarici işlər nazirləri İsrailin Qəzza zolağının Rəfah şəhərində genişmiqyaslı hərbi əməliyyat keçirməsinə qarşı çıxıblar.


“Frans Press” agentliyinin sitat gətirdiyi məktubda qeyd edilib ki, Rəfahda genişmiqyaslı hərbi əməliyyat “mülki əhali üçün fəlakətli nəticələrə səbəb olacaq”.
 

Xarici işlər nazirləri İsraili bütün sərhəd keçid məntəqələri (o cümlədən Rəfah) vasitəsilə Qəzza zolağına humanitar yardımın çatdırılmasını təmin etməyə, həmçinin su, elektrik enerjisi və telekommunikasiya təchizatını bərpa etməyə çağırıblar. Qeyd edək ki, bir gün əvvəl İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant İsrail Müdafiə Qüvvələrinin (IDF) əlavə qüvvələrini Rəfaha daxil etmək planlarını açıqlayıb.



İnci


OXŞAR XƏBƏRLƏR

Birinci siniflərə şagird qəbuluna başlanılır

Sabah saat 11:00- dan etibarən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.   S...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 65 yaşlı Nəsirulla Həb...

“AQA Şirkətlər Qrupu": "Gənc qızların təhsilini dəstəkləməyə davam edirik"

"AQA Şirkətlər Qrupu” gənc və istedadlı qızlar üçün könüllü şəkildə təsis etdiyi təqaüdlərin gecikməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatla...

Azərbaycanda ən çox tələb olunan 5 peşə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının cari vəziyyətini qiy...

Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi

Özbəkistan Ali Məclisinin Senatı (yuxarı palata) Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib.   Sfera...

Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi

Azərbaycan Prezidenti İlham Əliyev Baş prokurur vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb.   Sfera.az Kamran Əliyevin dosyesini tə...