Tornado bu şəhərdə 4 nəfərin həyatına son qoydu

Tornado bu şəhərdə 4 nəfərin həyatına son qoydu

ABŞ-nin Texas ştatında tornado nəticəsində 4 nəfər ölüb, 800 mindən çox ev işıqsız qalıb.

 

Sfera.az bildirir ki, Hyuston şəhərində evlərin və binaların şüşələri sınıb, gecə klubu qismən dağılıb, otelin damı uçub.

 

Qeyd olunub ki, qasırğa şəhəri “müharibə zonasına” çevirib. Hyuston meri Con Uitmir şəhər mərkəzinin və ticarət rayonlarının əksəriyyətinin sökülən elektrik xətləri və şüşə qırıqları ilə dolu olduğunu, hər yerdə küçə işıqlarının söndüyünü bildirib.

 

"Hazırda 800 mindən çox ev elektriksiz qalıb”, - o əlavə edib. Hyuston yanğınsöndürmə rəisi Samuel Pena deyib ki, kranın və ağacın aşması nəticəsində 4 nəfər ölüb.

 

Bu gün dövlət məktəblərində tədris dayandırılıb, Milli Hava Xidməti isə şəhərdə güclü yağışlar səbəbindən daşqınla bağlı xəbərdarlıq edib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...