Rusiya 102 Ukrayna PUA-sını vurdu

Dünya
12:33 / 17.05.2024
2137
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, ölkə sərhədləri daxilində Ukraynaya aid olan hərbi təyinatlı 51 pilotsuz uçuş aparatı (PUA) vurulub.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, Krasnodar diyarı üzərində 44, Belqorod vilayəti üzərində 6, Kursk üzərində bir PUA zərərsizləşdirilib.
Bundan başqa Krım yarımadası üzərində daha 51 PUA vurulub. Ümumilikdə, Rusiya 102 PUA-nı sıradan çıxarıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, son günlərdə Ukraynanın PUA-lar vasitəsilə hücumlarında aktivlik yenidən yüksəlib.
Vasif