Əli Əsədov Temesgen Tirunehin ilə GÖRÜŞDÜ

Əli Əsədov Temesgen Tirunehin ilə GÖRÜŞDÜ

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da Efiopiya Federativ Demokratik Respublikası Baş nazirinin müavini Temesgen Tirunehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən Efiopiya ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyi bildirilib. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub.

 

İkitərəfli səviyyədə münasibətlərin möhkəmləndirilməsi üçün mövcud imkanlardan istifadə edilməsinin önəmi vurğulanaraq, xüsusilə dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar sahəsində əməkdaşlığın son vaxtlar yaxşı dinamika nümayiş etdirdiyi qeyd olunub.

 

Efiopiya Baş nazirinin müavininin səfəri çərçivəsində imzalanmış və “ASAN xidmət” konsepsiyası əsasında bu ölkədə dövlət xidmətlərini həyata keçirəcək mərkəzlərin yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

 

Görüşdə Azərbaycan-Efiopiya əlaqələrinin bir sıra istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...

İtaliyada yaşamaq üçün işini, ərini və uşaqlarını atdı - FOTOLAR

ABŞ-dan olan 64 yaşlı Cindy Sheegan (Sindi Şiqan) həyatını tamamilə dəyişib: o, işini atıb, ərindən boşanıb və xaricdə xoşbəxtlik tapmaq üçün vətənini tərk edib...

Adi bir səhv edərək lotereyada böyük cekpot qazandı

Meriland (ABŞ) sakini dörd il ərzində iki dəfə lotoreyada qalib gəlib. Britaniya vətəndaşı olan gənc qadın həyatında ikinci dəfə böyük cekpot qazanıb: onun uğur...

Allahverdi Yolçuyev işlə təmin olundu

Sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub.    Sfera.az xəbər verir ki, o, bu barədə Baku ...