Bakıda transmilli təhsilin təşviqinə dair tədbir keçirilir - FOTOLAR

Bakıda transmilli təhsilin təşviqinə dair tədbir keçirilir - FOTOLAR

17-18 may tarixlərində Bakıda Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Ölkələrinin Keyfiyyət Təminatı Agentliklərinin Şəbəkəsi (CEENQA) Baş assambleya və illik görüşü keçirilir.

 

Sfera.az bildirir ki, tədbir keyfiyyət təminatı agentlikləri və müəssisələri arasında əməkdaşlığın və Avropa ali təhsil məkanında ali təhsil müstəvisində dialoqun təşviq edilməsində mühüm tədbirlərdən biridir.

 

Assambleyada transmilli təhsilin keyfiyyət təminatı, keyfiyyət təminatında yeni yanaşmalar və ali təhsildə süni intellektin inkişaf edən rolu ilə bağlı müzakirələr də daxil olmaqla bir neçə mühüm müzakirələr keçirilib və iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədovun salamlama nitqi ilə öz işinə başlayan Baş Assambleya daha sonra Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev və CEENQA-nın prezidenti Fransi Demşarın çıxışı ilə davam edib. 

 

Moderatorluğunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, CEENQA İdarə Heyətinin üzvü Ülkər Səttarova və Beynəlxalq Biznes İdarəetməsinin Akkreditasiyası Fondunun (FIBAA) icraçı direktoru Diane Freibergerin etdiyi tədbirin birinci günü beynəlxalq ekspertlərdən Hans de Uit beynəlmiləlləşmə meyllərinin akkreditasiya üçün təsirləri, Elspeth Jonesin sərhədlərarası akkreditasiyanın keyfiyyətin artırılmasında rolu, Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) direktoru Anna Goverin ENQA-nın perspektivləri və Niderland Krallığının Vittenborq Universitetinin baş direktoru Maggie Fengin xarici kvalifikasiyaların tanınması, tələbə və peşəkarların mobilliyinin təşviqi üzrə qabaqcıl təcrübələr barədə çıxışları ilə yadda qalıb.

 

Həmçinin Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinin (INQAAHE) İdarə Heyətinin üzvü Olqun Çiçeyin moderatorluğu ilə Azərbaycan nümunəsində Transsərhəd Kvalifikasiyaların və Keyfiyyət Təminatının Tanınması üzrə Hüquqi Çərçivə və Təcrübələr barədə panel müzakirələr davam edib.

 

Qeyd edək ki, assambleya iki gün davam edəcək.

 

Firuzə Əliyeva

 


 


OXŞAR XƏBƏRLƏR

Prezidentin yük maşınını idarə etdiyi anın- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsus...

Pakistan 24-36 saat ərzində Hindistanın hücumu barədə xəbərdarlıq etdi

Pakistanın informasiya naziri Attaulah Tarar Hindistanın yaxın bir-iki gün ərzində ölkəsinə hücum edəcəyini bildirib. Məlumatı Pakistan kəşfiyyatı verib. Eyni z...

Bir şəkildəki 3 dostun acı taleyi: Hamısının ölümü eyni faciə ilə oldu

2025-ci ilin, aprelin 28-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində "AzSamand" markalı avtomobil idarəetməni itirərək idman zalına çırpılıb. Nətic...

Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır

Bir sıra vergi ödəyicilərinin daşınar və daşınmaz əmlakları hərracda satışa çıxarılacaq.   Əmlak Məsələləri Dövlət Xidmətindən Sfera.az-a verilən məl...

Qiyməti əl yandıran göycə nə vaxt ucuzlaşacaq?

Göycə Naxçıvanda ən sevilən meyvələrdən biridir.   Adını yetişməmiş dərildiyinə görə alan meyvənin qiyməti satışa yeni təqdim edildiyi üçün hazırda ə...

53 şagird qidadan zəhərləndi - Türkiyədə

Türkiyədə 53 şagird qidadan zəhərlənib.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Diyarbəkir şəhərinin Kayapınar rayonundakı Gül...