Belinda Balluku: "Albaniya il ərzində Azərbaycanda səfirlik açacaq"

Belinda Balluku:

Albaniya il ərzində Azərbaycanda səfirlik açacaq.

 

Sfera.az Albaniya Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bunu Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku ölkə parlamentinə “Albaniya Respublikası Nazirlər Şurası ilə Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsinə dair” qanun layihəsini təqdim edərkən söyləyib.

 

Ballukunun sözlərinə görə, “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında” Saziş “bu münasibətləri dərinləşdirməyə yönəlmiş növbəti addımdır və aramızdakı uzaq məsafəyə baxmayaraq, biz güclü körpülər qurmaq üçün bir yol tapırıq və şübhəsiz ki, perspektivli əməkdaşlıq edirik”.

 

“Azərbaycanın Albaniyada səfirliyinin açılması çoxdan gözlənilən qərardır və Bakının Tirana ilə tərəfdaşlığa dair ciddi niyyətlərinin sübutudur və bu, əməkdaşlığımızı daha da genişləndirəcək və aramızda sürətli və effektiv ünsiyyət körpüsü yaradacaqdır”, – Balluku deyib.

 

Baş nazirin müavini vurğulayıb ki, “Albaniya buna cavab verərək 2024-cü il ərzində Azərbaycanda öz səfirliyini açacaq”.

 

Xatırladaq ki, mayın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib.


OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...

İtaliyada yaşamaq üçün işini, ərini və uşaqlarını atdı - FOTOLAR

ABŞ-dan olan 64 yaşlı Cindy Sheegan (Sindi Şiqan) həyatını tamamilə dəyişib: o, işini atıb, ərindən boşanıb və xaricdə xoşbəxtlik tapmaq üçün vətənini tərk edib...

Adi bir səhv edərək lotereyada böyük cekpot qazandı

Meriland (ABŞ) sakini dörd il ərzində iki dəfə lotoreyada qalib gəlib. Britaniya vətəndaşı olan gənc qadın həyatında ikinci dəfə böyük cekpot qazanıb: onun uğur...

Allahverdi Yolçuyev işlə təmin olundu

Sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub.    Sfera.az xəbər verir ki, o, bu barədə Baku ...