6 yaşlı qız yeganə qəribə genlə doğulub

6 yaşlı qız yeganə qəribə genlə doğulub

6 yaşlı Harlou Qardner adlı qız nadir genetik xəstəliklə mübarizə aparır. Portsmut şəhərindən (Böyük Britaniya) olan Harlou Qardner bu növdə yeganə olan genetik xəstəliyə sahibdir. Bu xəstəlik dünyada ilk sayılır.

 

Sfera.az bildirir ki, həkimlər Harlou Qardnerin nə qədər yaşayacağını deyə bilmirlər, çünki əvvəllər belə bir diaqnozla heç vaxt qarşılaşmayıblar.

 

Qəribə bir pozğunluq səbəbiylə Harlounun qığırdaq və sümük inkişafı yavaşlayıb, yeriyərkən ağrı və inkişaf ləngiməsinə səbəb olub.  Qız yavaş-yavaş görmə qabiliyyətini itirir və boru vasitəsilə qidalanır, həmçinin böyrək transplantasiyasına ehtiyacı var. Onun donoru anası Melani olacaq. 

 

Başqa heç bir məlum hal olmadığı üçün həkimlər kiçik britaniyalı qızın nə qədər yaşaya biləcəyini belə deyə bilmirlər.


Genetik testlər zamanı qızın anası və 37 yaşlı atası Peterdə nadir “WDR19” geni tapılıb. Cütlüyün digər üç övladı bu xəstəlikdən əziyyət çəkmir. Harlou digər bacı-qardaşları qədər şanslı olmayıb.

 

"Bu, çox, çox çətin idi və emosional olaraq mənə pis təsir etdi. Onun yaşındakı bütün digər uşaqlarla eyni görünməsi bizi çaşdırdı. Xəstəlik bu qədər nadir və naməlum olduqda, bununla barışmaq o qədər də asan olmur. Xüsusən də, əgər xəstəliyin adı belə yoxdursa. Suallara cavab ala bilsək, bəlkə də, hər şey dəyişəcək”-deyə anası Melani etiraf edir.

 

Qadın və onun 33 yaşlı bacısı Abigail Godden Harlounun müalicəsi və transplantasiyasına pul toplamaq üçün “Üç Zirvə” müsabiqəsində iştirak etməyi planlaşdırır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Moskvadan Bakıya qarşı növbəti addım – Məhdudiyyət qoyula bilər

Yekaterinburq hadisəsindən sonra Rusiya və Azərbaycan arasında gərginlik özünü bir sıra aspektlərdə göstərməyə başlayıb. Son günlər qarşı tə...

Zaxarova: "Azərbaycan və Rusiyanın müttəfiqliyini bəyənməyən qüvvələr var"

“Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır”.   Sfera.az TASS agentliyinə istinadən xəbər verir ...

Bakıda evlər ucuzlaşacaq?

Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırladığı "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" adlı son hesabatda paytaxtın torpaq bazarında baş...

Dövlət büdcəsinin gəlirləri 20 milyarda yaxınlaşdı

2025-ci ilin ilk altı ayında xəzinədarlıq orqanları tərəfindən 690 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri proqnozla müqayis...

Şirkət əməkdaşını “tok” vurub öldürdü

Mingəçevirdə sökülən zavodda fəhləni cərəyan vurub öldürüb.   Sfera.az xəbər verir ki, hadisə iyulun 1-i saat 18 radələrində Mingəçevir şəhəri Samux ...

Boğulma hallarının qarşısı necə alınmalıdır?

İsti yay günlərində vətəndaşların çimərliklərə axını artmaqda davam edir. Lakin dənizdə ehtiyatsız davranışlar bir çox hallarda faciə ilə nəticələnir. İyun ayı ...