26 il əvvəl yoxa çıxan oğlan tapıldı - FOTOLAR

26 il əvvəl yoxa çıxan oğlan tapıldı - FOTOLAR

Ömər Bin Omran adlı Əlcəzairli oğlan 26 il əvvəl qaçırılıb.

 

Sfera.az bildirir ki, hazırda 45 yaşında olan Ömər Bin Omran təsadüf nəticəsində xilas edilib.

 

1998-ci ildə peşə məktəbinə gedərkən müəmmalı şəraitdə yoxa çıxan Ömər Bin Omran, ailə iqamətgahından cəmi 91 m aralıda, qaçırıldığı iddia edilən qonşunun evində sağ-salamat tapılıb. 

 

Djelfa Baş Prokurorluğunun məlumatına görə, 45 yaşlı Ömər bazar günü, mayın 12-də xilas edilib. Zirzəmidə qoyun tövləsində qorxmuş adam görülüb.

 

Adam oğurluğunda şübhəli bilinən 61 yaşlı tənha təqaüdçü adam artıq nəzarətə götürülüb. Onun bu cinayətdə əli olduğu barədə məlumatı isə mirasın bölünməsi ilə bağlı razılığa gələ bilməyəndən sonra qardaşı müstəntiqlərə verib.


Yeni məlumat alan milli jandarma istintaqı davam etdirərək şübhəlinin evində, döşəmədə ot örtüyü altında gizlənmiş zirzəmiyə gizli giriş aşkarlayana qədər axtarış aparıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları içəri girəndə Öməri orada görüblər.

 

Ömər müalicə və psixoloji reabilitasiya üçün tibb məntəqəsinə aparılıb. Saxlanılan şəxs də öz növbəsində tezliklə məhkəmə qarşısına çıxacaq. O, adam oğurluğu ilə yanaşı, qurbana məxsus iti öldürməkdə də ittiham olunur. Ömərin iti düz bir ay şübhəlinin evinin yaxınlığında gəzib, özü axtarış aparıb, daha sonra zəhərlənib.

 

Təəssüf ki, itkin düşən oğlunun axtarışını heç vaxt dayandırmayan Bin Omranın anası onun tapıldığını görə bilməyib. O, 2013-cü ildə dünyasını dəyişib. Deyilənə görə, o, son nəfəsində: 

 

"Xahiş edirəm, Öməri axtarmaqdan əl çəkməyin. Əminəm ki, sağdır" - deyib. 


Digər ailə üzvləri bütün bu müddət ərzində Ömərin ölkədə 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində davam edən vətəndaş müharibəsi zamanı öldüyünə inanıblar.

 

Əlcəzairli jurnalistlərə verdiyi müsahibədə Ömər bəzən qaçırılan şəxsin evinin pəncərəsindən ailə üzvlərini görüb, lakin sanki sehir altında olduğu üçün kömək çağıra bilmədiyini deyib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bir şəkildəki 3 dostun acı taleyi: Hamısının ölümü eyni faciə ilə oldu

2025-ci ilin, aprelin 28-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində "AzSamand" markalı avtomobil idarəetməni itirərək idman zalına çırpılıb. Nətic...

Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır

Bir sıra vergi ödəyicilərinin daşınar və daşınmaz əmlakları hərracda satışa çıxarılacaq.   Əmlak Məsələləri Dövlət Xidmətindən Sfera.az-a verilən məl...

Qiyməti əl yandıran göycə nə vaxt ucuzlaşacaq?

Göycə Naxçıvanda ən sevilən meyvələrdən biridir.   Adını yetişməmiş dərildiyinə görə alan meyvənin qiyməti satışa yeni təqdim edildiyi üçün hazırda ə...

53 şagird qidadan zəhərləndi - Türkiyədə

Türkiyədə 53 şagird qidadan zəhərlənib.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Diyarbəkir şəhərinin Kayapınar rayonundakı Gül...

Dəmrov olan hissəyə molla duası….- Biabırçılıq+VİDEO

Azərbaycanda uşağın dəmrov xəstəliyini sağaltmaq üçün mollaya dua yazdırıblar.   Sfera.az  xəbər verir ki, bununla bağlı görüntüləri həkim-pedia...

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabunçu rayonunda görüləcək təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a "Azəriq...