Silvestr Stallone nadir İsveçrə saatını hərraca çıxardı - FOTO

Silvestr Stallone nadir İsveçrə saatını hərraca çıxardı - FOTO

Məşhur Hollivud ulduzu Silvestr Stallone dəbdəbəli saatlar kolleksiyasını “Sotheby's” hərrac evində satışa çıxarıb. Onlardan ən qiymətlisi “Patek Philippe” brendinin son dərəcə nadir İsveçrə saatlarıdır.

 

Sfera.az xəbər verir ki, iyunun 5-də baş tutacaq hərracda aktyor onlar üçün 5 milyon dollardan çox pul alacağını təxmin edir.

 

Sərvəti 400 milyon dollar olaraq qiymətləndirilən 77 yaşlı Silvestr Stallone 11 dəbdəbəli saatını hərracda satmağa hazırlaşır. Bütün saatların inanılmaz dəyəri var. Onların hər birinin ən azı on minlərlə dollara satılacağı proqnozlaşdırılır.

 

Lakin ən qiymətli əşya ilk dəfə 2014-cü ildə təqdim edilən iki tərəfli ağ qızıldan hazırlanmış “Patek Philippe Grandmaster Chime” saatıdır. Silvestrin 2021-ci ildə aldığı saatın hərrac evinin siyahısına görə 2,5-5 milyon dollar arasında olduğu təxmin edilir. Aktyorun sözlərinə görə, onlara heç vaxt insan əlləri toxunmayıb. 

 

“Planetdə indiyə qədər yaradılmış ən mürəkkəb qol saatıdır. Bundan yaxşı heç nə yoxdur" - deyə Silvester bildirib.


“Rokki” ulduzu bahalı aksessuarı əldə etməyin asan olmadığını bildirib:

 

 “Müəyyən orqanlara getməli oldum, şirkətin idarə heyətinə çoxlu məktublar yazdım və nəhayət, bu möhtəşəm sənət parçalarındam birinə sahib olmaq üçün icazə aldım".


Mütəxəssislər deyirlər ki, hər “Grandmaster”saatının yaradılması dizayndan montaja qədər təxminən 100.000 saat çəkir. Silvestrin “Patek Philippe”nin hərraca çıxardığı 11 saatdan ən bahalısı olacağı gözlənilir. İkinci yerdə 100-200 min dollar dəyərində qiymətləndirilən “Audemars Piguet Royal Oak Tourbillon 50th Anniversary” çəhrayı qızılı saatdır. Silvestr həmçinin 2011-ci ildə çəkilmiş “The Expendables 2” filmində taxdığı bürünc titan “Luminor Submersible 1950” saatını satır. Bürünc və titandan hazırlanmış və "Bronzo" ləqəbli bu parçanı hərrac evi 30.000-60.000 dollar arasında olduğunu təxmin edir.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Fərid Şahbazlı: “Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi”

“İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri Azərbaycan–İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün real ...

Prezidentin yük maşınını idarə etdiyi anın - VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsus...

Dubayda minlərlə lüks avtomobilin tərk edilməsinin səbəbləri - FOTOLAR

Lamborghini, Ferrari, Bentley... Hamısı Dubay küçələrində toz yığmaq üçün qalıb. Bir çoxumuz bu şəhəri dəbdəbə və əzəmətlə əlaqələndirsək də, superkarların çürü...

Pakistan 24-36 saat ərzində Hindistanın hücumu barədə xəbərdarlıq etdi

Pakistanın informasiya naziri Attaulah Tarar Hindistanın yaxın bir-iki gün ərzində ölkəsinə hücum edəcəyini bildirib. Məlumatı Pakistan kəşfiyyatı verib. Eyni z...

Bir şəkildəki 3 dostun acı taleyi: Hamısının ölümü eyni faciə ilə oldu

2025-ci ilin, aprelin 28-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində "AzSamand" markalı avtomobil idarəetməni itirərək idman zalına çırpılıb. Nətic...

Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır

Bir sıra vergi ödəyicilərinin daşınar və daşınmaz əmlakları hərracda satışa çıxarılacaq.   Əmlak Məsələləri Dövlət Xidmətindən Sfera.az-a verilən məl...