Ben Afflek və Cennifer Lopez boşanmağa hazırlaşır

Ben Afflek və Cennifer Lopez boşanmağa hazırlaşır

17 ildən sonra yenidən bir araya gələn və nəhayət evlənən Ben Affleklə Cennifer Lopezin sevgi nağılı sona yaxınlaşır. Cütlük üçün hər şey çox çətindir və adı açıqlanmayan mənbəyə görə, Ben iki ilə yaxındır birlikdə axtardıqları 60 milyon dollarlıq evlərindən artıq köçüb.


Sfera.az bildirir ki, mənbənin sözlərinə görə, Cennifer sözün əsl mənasında Benə nəzarət etmək istəyir. Ben isə, bu münasibətə, eləcə də medianın sıx diqqətinə dözə bilmir.


"Bitdi. Onlar boşanacaqlar və bu dəfə Benin heç bir günahı yoxdur" – deyə mənbə əmin edir.

 

Mənbə bir neçə ay əvvəl həyat yoldaşları arasında yaranan problemlərdən də danışıb. Əvvəlcə Ben və Cennifer gəzintilərdə getdikcə daha tutqun üzləri ilə diqqət çəkməyə, mübahisə etməyə başladılar, sonra Lopez möhtəşəm tədbirlərə tək qatılmağa başlayıb.


Məsələn, Afflek mayın 6-da Metropolitan İncəsənət Muzeyində 2024-cü ildə keçirilmiş Met Gala tədbirində həyat yoldaşını müşayiət etməyib. Tədbirdə Cenifferin həmsədr kimi mühüm rolda olmasına baxmayaraq, Ben məşğul olduğunu və çəkiliş apardığını səbəb göstərib. Lakin mənbə səbəbin bundan daha pis olduğunu bildirib.

 

"Hazırda o, diqqətini işinə və uşaqlarına cəmləyib. Ben artıq köçüb və yəqin ki, iki ildir xəyalında olduqları evi satmalı olacaqlar. Onlar heç vaxt bir-birlərini sevməkdən əl çəkməyəcəklər, amma Ben, artıq dözə bilmir. Onu idarə etmək ən sevmədiyi şeydir və o, xarakterini dəyişə bilməz”.

 

Digər problem isə müğənni ilə aktyorun hamının diqqətinə fərqli münasibət bəsləmələri idi. Ben medianın diqqətindən yayınmaq üçün əlindən gələni edirdisə, Cennifer mümkün qədər jurnalistlərin diqqətini cəlb etməyə çalışırdı.


J.Lo-nun "The Greatest Love Story Never Told" sənədli filmində özü etiraf edir:

 

"Yenidən bir araya gələndə Ben dedi: "İstəmədiyim şeylərdən biri də sosial mediada olan münasibətdir. Ben sosial mediada gedən görüntülərdən çox rahat deyil. Amma o, mənə mane də olmaq istəmir”. 

 

Öz növbəsində cütlüyə yaxın şəxs deyir ki, 2004-cü ildə onların ayrılmasına səbəb olan səhvləri Ceniffer bu dəfə də nəzərə alınmayıb.

 

"Onları ilk dəfə ayıran bəzi böyük məsələlər eyni olaraq qalır". 

 

Qeyd edək ki, Ben və Cen ilk dəfə 2000-ci illərin əvvəllərində tanış olublar və münasibətləri nişanla nəticələnib. Lakin bir neçə gün qalmış cütlük toyu təxirə salıb. 2004-cü ilin yanvarına qədər birlikdə olsalar da, nəhayət münasibətlərini bitiriblər. Yalnız 2021-ci ildə Ben və Lopez yenidən münasibətə başlayıb, 2022-ci ilin iyulunda evləniblər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Gəncədə 1 yaşlı uşaq vəfat edib

Gəncədə 1 yaşlı uşaq xəstəxanada vəfat edib.   Sfera.az xəbər verir ki, Şəmkir rayon sakini 2024-cü il təvəllüdlü A. Məhərrəmov Gəncə şəhərində yerlə...

Bakı böyük oyuna girdi: Ərdoğan, Əliyev və Nikol birgə...

Təəssüf ki, bizim Prezident Administrasiyasında Sankt-Peterburq və Volqaboyundan kənarda heç nə görməyən və yalnız iqtisadiyyat üçün olduqlarını düşünən adamlar...

“Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçirildi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 26-29 iyun tarixlərində Naxçıvan şəhərində “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investi...

İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında - FOTO

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, Azə...

Şavkat Mirziyoyev: "İlham Heydər oğlu ilə idman barədə çox danışırıq"

"Mən, həmçinin futbol komandamıza görə də İlham Heydər oğluna çox təşəkkür edirəm. Bu, təsadüfi deyil, çünki biz İlham Heydər oğlu ilə idman barədə çox dan...

Moskvadan Bakıya qarşı növbəti addım – Məhdudiyyət qoyula bilər

Yekaterinburq hadisəsindən sonra Rusiya və Azərbaycan arasında gərginlik özünü bir sıra aspektlərdə göstərməyə başlayıb. Son günlər qarşı tə...