Planetlərin paradı BAŞLAYIR - BU TARİXDƏN

Planetlərin paradı BAŞLAYIR - BU TARİXDƏN

2024-cü il üçün planetlərin paradı iyunun 3-nə təsadüf edir. Bu zaman 6 planet - Merkuri, Mars, Yupiter, Saturn, Uran və Neptun sübh səmasında bir xətt üzrə düzüləcək.


 
Bu barədə Sfera.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.


 
Planetlərin paradı dedikdə planetlərin səmada eyni vaxtda bir xətt üzrə düzülməsi nəzərdə tutulur. Planetlərin Günəş ətrafında dolanma periodları və konfiqurasiyaları fərqli olduğundan bu hadisə müəyyən vaxtlarda baş verir.


 
Gecə saatlarında yüksələcək Saturn (1.1m) kifayət qədər parlaqdır və onu adi gözlə rahat görmək mümkün olacaq. Planet həmin gün Dolça bürcündə yerləşəcək.


 
Gecənin ikinci yarısında Neptun (7.9m) və Mars (1.0m) Balıqlar bürcündə görünəcək. Neptun adi gözlə görmək mümkün olmayacaq, onu müşahidə etmək üçün kiçik teleskop və yaxud binokla ehtiyac var. Mars planetini isə qırmızımtıl rənginə görə asanlıqla ayırd etmək olacaq.


 
Daha sonra səhər saatlarında Buğa bürcündə yerləşən Uran (5.8m), Yupiter (-2.0m) və Merkuri (1.4m) şərq səmasına yüksəlməyə başlayacaq. Yupiter parlaq olduğundan onu səmada asanlıqla ayırd etmək mümkündür. Merkurini böyüdücü alətlər olmadan da görmək olar. Uran isə adi gözlə seçilmir.


 
Planetlərin paradı səhər demək olar ki, planetin istənilən nöqtəsindən görünməyinə baxmayaraq, ideal müşahidə tarixi coğrafi məkandan asılı olaraq dəyişə bilər. Bunun üçün müxtəlif tətbiqlərdən istifadə etmək məqsədəuyğundur. Planetlərin paradı bir günlə məhdudlaşmır, bu tarixdən əvvəl və sonra bir neçə gün çəkə bilər. Nəzərə almaq lazımdır ki, Yupiter və Merkuri üfüqə yaxın yerləşəcəklər.

 

Fidan


OXŞAR XƏBƏRLƏR

Şirkət əməkdaşını “tok” vurub öldürdü

Mingəçevirdə sökülən zavodda fəhləni cərəyan vurub öldürüb.   Sfera.az xəbər verir ki, hadisə iyulun 1-i saat 18 radələrində Mingəçevir şəhəri Samux ...

Boğulma hallarının qarşısı necə alınmalıdır?

İsti yay günlərində vətəndaşların çimərliklərə axını artmaqda davam edir. Lakin dənizdə ehtiyatsız davranışlar bir çox hallarda faciə ilə nəticələnir. İyun ayı ...

Bu yolda 2 aydır ki, "həyat donub" - Təmir nə vaxt bitəcək?

Artıq iki aydır ki, Bakının hər zaman sıx nəqliyyatla seçilən Binəqədi şosesində kanalizasiya xətti ilə bağlı təmir-bərpa işləri aparılır.   Sfera.az...

Aşıq Zülfiyyədən etiraf: “Mənə sevgi məktubları yazırdı” - VİDEO

Aşıq Zülfiyyə İbadova açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, "Rəngarəng"də qonaq olan sənətçi illər əvvəl ona yazılan...

Məşhur futbolçu karyerasını bitirdi

Xorvatiyanın "Hayduk" klubunun futbolçusu İvan Rakitiç karyerasını başa vurub.   Sfera.az xəbər verir ki, bu barədə Split təmsilçisini...

İyulun ən şanslı BÜRCLƏRİ: Kimlər maliyyə uğuru qazanacaq?

İyul ayı bəzi bürclər üçün maddi baxımdan xüsusi önəm daşıyacaq. Ulduzların düzülüşü bu dövrdə bəzi şəxslərin pul və bolluq enerjisi ilə əhatələnəcəyini göstəri...