Bayden və Tramp RAZILAŞDI: İki dəfə debata çıxacaqlar

Bayden və Tramp RAZILAŞDI: İki dəfə debata çıxacaqlar

ABŞ Prezidenti Co Bayden və onun Respublikaçı rəqibi Donald Tramp iki dəfə debata çıxmağa razılaşıblar.


Sfera.az xəbər verir ki, CNN-də keçiriləcək ilk debatın iyunun 27-də, ikinci debatın isə sentyabrın 10-da Corciya ştatının Atlanta şəhərində Baydenin üstünlük verdiyi tərzdə- auditoriyasız olacağı bildirilib.

 

Qeyd edək ki, Tramp Baydeni debata çağırıb. Bayden isə bildirib ki, Trampla iki dəfə debata çıxmağa razıdır. 


Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Seçki ölkə tarixində 60-cı prezident seçkiləri olacaq və bu seçkidə ABŞ-nin 47-ci prezidenti seçiləcək.

 

Əzizə Zeynal 
 


OXŞAR XƏBƏRLƏR