Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Bu il Azərbaycanda taksilərin sayının azalmasına baxmayaraq, taksidən istifadə edən sərnişinlərin sayı artıb.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar-aprel ayları ərzində taksidən istifadə edən sərnişinlərin sayı 25,54 milyon olub. 2023-cü ilin eyni dövründə taksidən istifadə edən sərnişinlərin sayı 22,44 milyon idi.
Müqayisə göstərir ki, bu il taksidən istifadə edən sərnişinlərin sayı 14 faiz və ya 3 milyondan çox artıb.
Qeyd edək ki, bu il taksilərin sayında azalma baş verib. İlin əvvəlində taksi sayı 66 mindən 60 minə düşüb. Taksi fəaliyyəti ilə bağlı yeni qaydaların elan edilməsindən sonra isə taksilərin sayında bir qədər də azalma baş verib. Amma buna baxmayaraq, taksidən istifadə edənlərin sayında artım müşahidə edilib.
Vasif