Neftin qiyməti 55 dolları ötdü
16:55 / 05.12.2016
1229
"Brent” markalı neftin qiyməti 24 iyul 2015-ci ildən sonra ilk dəfə 55 dolları ötüb.
Sfera.az xəbər verir ki, saat 12:45-ə olan məlumata əsasən Londonun İCE ("İnterContinental Exchange Futures”) birjasında Brent” markalı neftin bir barelinin qiyməti 1,27% artaraq 55,14 dollara çatıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 52,25 dollara qədər qalxıb.