Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Azərbaycan və Ermənistan arasında 19 aprel razılaşmasına uyğun olaraq, mayın 15-də sərhədin Qazax-Tavuş istiqamətinin demarkasiya edilməsi ilə bağlı protokol imzalanıb. Demarkasiya razılaşması nəticəsində təkcə Qazaxın 4 kəndi (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) azad edilmədi, həm də Ermənistanı Gürcüstanla birləşdirən magistral yolun bu istiqamətdəki hissəsi Azərbaycanın nəzarətinə keçir. Bunu Paşinyanın ofisi də təsdiq edib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, əsas problemli məsələ Tavuşun Kirants kəndi ilə bağlıdır:

 

“Burada demarkasiya koordinatları razılaşdırılıb, lakin praktiki işlər hələ aparılmır, çünki kənddə müəyyən evlər Azərbaycan sərhədinə daxildir. Ermənistan hakimiyyəti oradakı erməniləri köçürdükdən sonra Azərbaycan sərhədçiləri həmin istiqamətdə də yerləşəcək. Razılaşmada əsas məqam demarkasiyanın “SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə” uyğun aparılmasıdır. Bu, SSRİ dağılana qədər mövcud olan sonuncu xəritədir: 1976-cı ildə hazırlanıb, 1979-cu ildə bu xəritə təsdiq edilib və ittifaq dağılana qədər qüvvədə olub. Ermənistan bununla sərhədin Qazax-Tavuş istiqamətində demarkasiyanın SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyənləşməsinə nail oldu və bu prinsipin sərhədin digər hissələrinin müəyyənləşməsində də əsas götürələcəyini üstünlük hesab edirlər. Hərçənd, sərhədin digər hissələrinin müəyyənləşməsində Azərbaycan 1976-79-cu il xəritəsini qəbul etməyəcək: bu, həm qoşunların geri çəkilməsi deməkdir, həm də SSRİ dövründə ermənilərə verilən ərazilərimiz üzərində Ermənistanın legitimliyinin qəbul edilməsi; 19 aprel razılaşması da Azərbaycana sülh sazişində başqa prinsiplər irəli sürməyə imkan verir”.

 

Ekspert bildirib ki, bu, minimum sərhədin qarış-qarış müəyyənləşməsi prinsipi ola bilər:

 

“Belə olan halda, qoşunlar hazırda dayandığı mövqelərdə qalacaq və sərhəd xəttində Azərbaycanın strateji üstünlüyü qorunacaq. Lakin Bakının SSRİ dövrünün 1976-cı ildən öncəki xəritələrini irəli sürəcəyi ehtimalı daha böyükdür. Buna təkcə 19 aprel razılaşması imkan vermir, Qazax-Tavuş istiqamətində 1976-79-cu il xəritəsinin əsas götürülməsi də əslində “xəritələr məsələsi” ilə bağlı presedent yaradır və Azərbaycan bu presedentdən istifadə edə bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Emin Rusiyadakı konsertini ləğv etdi

Xalq artisti Emin Ağalarovun Rusyada planlaşdırılan konserti təxirə salınıb.   Sfera.az xəbər verir ki, müğənni iyulun 6-da Svetloqorsk şəhərində kon...

Gəncədə 1 yaşlı uşaq vəfat edib

Gəncədə 1 yaşlı uşaq xəstəxanada vəfat edib.   Sfera.az xəbər verir ki, Şəmkir rayon sakini 2024-cü il təvəllüdlü A. Məhərrəmov Gəncə şəhərində yerlə...

Bakı böyük oyuna girdi: Ərdoğan, Əliyev və Nikol birgə...

Təəssüf ki, bizim Prezident Administrasiyasında Sankt-Peterburq və Volqaboyundan kənarda heç nə görməyən və yalnız iqtisadiyyat üçün olduqlarını düşünən adamlar...

“Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçirildi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 26-29 iyun tarixlərində Naxçıvan şəhərində “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investi...

İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında - FOTO

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, Azə...

Şavkat Mirziyoyev: "İlham Heydər oğlu ilə idman barədə çox danışırıq"

"Mən, həmçinin futbol komandamıza görə də İlham Heydər oğluna çox təşəkkür edirəm. Bu, təsadüfi deyil, çünki biz İlham Heydər oğlu ilə idman barədə çox dan...