Yeni yayılmağa başlayan Hepatit E virusunun fəsadları nədir? - AÇIQLAMA

Yeni yayılmağa başlayan Hepatit E virusunun fəsadları nədir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İspaniyada ilk dəfə insanlarda siçovul hepatiti olaraq adlandırılan Hepatit E-yə yoluxma halı qeydə alınıb. Məlumata görə, artıq 40 nəfər Hepatit E-yə yoluxub. Bu da Avropanın digər ölkələrində yoluxma faktlarının qeyd alınacağı ilə bağlı narahatlıq yaradıb.

 

Bəs şəhər və rayonlarımızda siçan və siçovul kimi gəmiricilərin sayının çoxluğunu nəzərər alsaq, ölkəmizdə də Hepatit E virusuna yoluxma halı qeydə alına bilərmi? 

 

Məsələ ilə bağlı infeksionist Mərdan Əliyevə müraciət etdik. Həkim bildirdi ki, Hepatit E endemik xəstəlikdir. Bizim regionda müşahidə olunmur:

 

“Hepatit E-nin yoluxma yolu alimentar (oral) və vertikaldır (transplasentar). Yəni müəyyən qida və su vasitəsilə yoluxur. Bu səbəbdən xəstəliyin sürətli yayılma ehtimalı da yoxdur. Ölkəmizə gələcəyini də düşünmürəm”.

 

Qeyd edək ki, Hepatit E — (HEV) Hepevirus cinsinə aid olan Hepatit E virusunun yaratdığı qaraciyər xəstəliyidir.

 

Xəstəlik daha çox ekvatora yaxın inkişaf etməkdə olan ölkələrdə qeydə alınır. İnfeksiya mənbəyi əsasən xəstəliyin ilkin mərhələsində olan xəstə insandır. İnfeksiya oral, nəcis, su yolu ilə ötürülür. Çiy molyusklar yeyərkən elementar yolla da bu xəstəliyə yoluxmaq mümkündür. Əsasən 15–50 yaş arası kişilər bu xəstəliyə daha həssasdır. Dünyada hər il təqribən 20 milyona yoluxma halı qeydə alınır. Endemik bölgələrdə infeksiya daim qeydə alınır. Xəstəlik yağışlı mövsümlərdə pik həddə çatır.İnkubasiya müddəti 20–65 gün arasıdır. Xəstəliyin gedişi Hepatit A-ya bənzəyir.

 

Xəstəliyi iki mərhələyə bölmək olar: prodromal və şiddətlənmə dövrü.


Prodromal dövr 3–7 gün davam edir, ümumi zəiflik, dispeptik sindromlar əmələ gəlir, xəstələrin 70% -də açıq ağrı sindromu müşahidə olunur. Bədənin hərarəti qalxır. Xəstəliyin şiddətli vaxtında, sarılıq artır xəstələrin vəziyyəti ağırlaşır.Sarılıq və intoksikasiya qısamüddətli olur. Qaraciyər və nadir hallarda (Hepatit A-dan fərqli olaraq) dalaq böyüyür. Sidik tünd rəngdə, nəcis bir qədər rəngsiz olur. Xəstəlik, bir qayda olaraq, yüngül və ya orta şiddət formalarında davam edir. Klinik təzahürlərin ümumi müddəti 14–25 gündür.
 
Sağalma müddəti Hepatit A ilə müqayisədə daha uzundur. Ölüm halı 4% -dir. Hamilə qadınlar arasında ölüm 20% -ə çatır, ikinci və üçüncü trimestrdə bu rəqəm artır. Bildirilən ölüm səbəblərinə ensefalopatiya və yayılmış damardaxili laxtalanma daxildir. Yoluxmuş hamilə qadınlarda qaraciyər çatışmazlığının dərəcəsi yüksəkdir.

 

Profilaktikası isə əsasən sanitar-gigiyenik normalara riayət etməkdən ibarətdir. Hepatit E-nin qeydə alındığı ölkələrdə səyahətçilər çiy su içməməlidirlər. Klinik sınaqlarda yüksək effektivliyini göstərən rekombinant vaksin də hazırlanıb.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Zirəddindən Azərbaycanla bağlı proqnoz : 2027-ci ildə...

Tanınmış ekstrasens, kliniki psixoloq Zirədin Rzayev Zəngəzur dəhlizi ilə bağlı proqnoz verib.   Sfera.az xəbər verir ki, ekstrasens bununla bağlı Te...

Azərbaycan-Rusiya GƏRGİNLİYİ: Əsas səbəb Zəngəzur dəhlizidir? - CNN Türk

"CNN Türk" kanalında son dövrlərdə Azərbaycan - Rusiya arasındakı gərginlik və gərginliyin səbəbləri müzakirə olunub.  Səbəb Zəngəzur dəhlizidir...

Emin Rusiyadakı konsertini ləğv etdi

Xalq artisti Emin Ağalarovun Rusyada planlaşdırılan konserti təxirə salınıb.   Sfera.az xəbər verir ki, müğənni iyulun 6-da Svetloqorsk şəhərində kon...

Gəncədə 1 yaşlı uşaq vəfat edib

Gəncədə 1 yaşlı uşaq xəstəxanada vəfat edib.   Sfera.az xəbər verir ki, Şəmkir rayon sakini 2024-cü il təvəllüdlü A. Məhərrəmov Gəncə şəhərində yerlə...

Bakı böyük oyuna girdi: Ərdoğan, Əliyev və Nikol birgə...

Təəssüf ki, bizim Prezident Administrasiyasında Sankt-Peterburq və Volqaboyundan kənarda heç nə görməyən və yalnız iqtisadiyyat üçün olduqlarını düşünən adamlar...

“Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçirildi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 26-29 iyun tarixlərində Naxçıvan şəhərində “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investi...