Azərbaycan avtomobil alışına neçə milyon dollar xərcləyib? – SON RƏQƏMLƏR

Azərbaycan avtomobil alışına neçə milyon dollar xərcləyib? – SON RƏQƏMLƏR

Azərbaycan bu ilin 4 ayında xaricdən aldığı avtomobillərə görə 502,6 milyon dollar xərcləyib.  


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu qədər vəsaitlə 27 838 ədəd avtomobil alınıb. İdxal edilən avtomobilərin birinə isə orta hesabla 18 050 dollar pul ödənilib. 


Qeyd edək ki, bu qiymətlərə gömrükdə ödənilən rüsum və vergilər daxil deyil. İdxal edilən avtomobillərə çəkilən xərcin 205 milyon dolları (40,8 faizi) hibrid və elektrik avtomobillərin alınmasına sərf edilib.


Ötən illə müqayisədə idxal edilən avtomobillərin sayı azalsa da, idxala çəkilən xərc artıb. Bunun səbəbi məhz hibrid və elektrik avtomobil idxalının artması ilə bağlıdır. 
Mövcud qaydalara əsasən, istehsal tarixindən 0-3 il keçən hibrid və elektrik avtomobillərinin idxalına güzəştlər tətbiq edilir. Xüsusən elektrik avtomobillərinə verilən güzəştlər çox sərfəlidir. Təzə elektrik avtomobili alan şəxslər vergi və rüsumlardan azaddırlar. Bu güzəştlərə görə idxal olunan yeni elektrik və hibrid avtomobillərin sayı artır ki, bu da idxal xərclərini yüksəldir. 


Vasif


 


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...