Təhlükəli virus yayılır: 40 nəfər YOLUXUB - Siçanlardan...

Təhlükəli virus yayılır: 40 nəfər YOLUXUB - Siçanlardan...

İspaniyada ilk dəfə insanlarda siçovul hepatiti olaraq adlandırılan Hepatit E-yə yoluxma halı qeydə alınıb.


Sfera.az xəbər verir ki, bu barədə "El Pais" qəzeti yazıb.

 

Nəşrin yazdığına görə, "Rocahepevirus ratti" virusu (RHEV) ilk dəfə  2010-cu ildə Almaniyada aşkar edilib. İnsanların sözügedən virusa yoluxmayacağına inanılıb. Bununla belə, 2018-ci ildə Hepatit E virusuna yoluxmuş ilk şəxs müəyyən edilib.

 

“Yeni xəstələr İspaniyanın Əndəlüs, Qalisiya, Navarra və Kataloniya kimi çox ayrı bölgələrindəndir. Bu hal da virusun ölkənin böyük bir hissəsində mövcud olduğunu göstərir. 40 yoluxma 10 xəstəxanada 250-dən çox xəstədən götürülmüş nümunələrin təhlili ilə müəyyən edilib ", -  Kordobanın Maimonides Biotibbi Tədqiqat İnstitutunda (Imibic) hepatit üzrə ixtisaslaşmış tədqiqatçı Antonio Rivero Juarez bildirib.

 

Virusun gəmiricilərdən insanlara necə keçdiyi hələ müəyyən edilməyib. Bir fərziyyə insanların daşıyıcı siçovulların nəcisi və ya sidiyi ilə çirklənmiş maddələrlə təmasda olduqdan sonra yoluxa biləcəyidir.


Əvvəllər “Journal of Medical Virology” Hepatit E virusunun ilk dəfə Koreya Pasyuklarında aşkar edildiyini yazıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Şavkat Mirziyoyev: "İlham Heydər oğlu ilə idman barədə çox danışırıq"

"Mən, həmçinin futbol komandamıza görə də İlham Heydər oğluna çox təşəkkür edirəm. Bu, təsadüfi deyil, çünki biz İlham Heydər oğlu ilə idman barədə çox dan...

Moskvadan Bakıya qarşı növbəti addım – Məhdudiyyət qoyula bilər

Yekaterinburq hadisəsindən sonra Rusiya və Azərbaycan arasında gərginlik özünü bir sıra aspektlərdə göstərməyə başlayıb. Son günlər qarşı tə...

Zaxarova: "Azərbaycan və Rusiyanın müttəfiqliyini bəyənməyən qüvvələr var"

“Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır”.   Sfera.az TASS agentliyinə istinadən xəbər verir ...

Bakıda evlər ucuzlaşacaq?

Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırladığı "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" adlı son hesabatda paytaxtın torpaq bazarında baş...

Dövlət büdcəsinin gəlirləri 20 milyarda yaxınlaşdı

2025-ci ilin ilk altı ayında xəzinədarlıq orqanları tərəfindən 690 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri proqnozla müqayis...

Şirkət əməkdaşını “tok” vurub öldürdü

Mingəçevirdə sökülən zavodda fəhləni cərəyan vurub öldürüb.   Sfera.az xəbər verir ki, hadisə iyulun 1-i saat 18 radələrində Mingəçevir şəhəri Samux ...